Icma.az
close
up
RU
Yaralansa da, döyüş meydanını tərk etməyən igid Şəhid İbarət Əkbərovun xatirəsi anılıb

Yaralansa da, döyüş meydanını tərk etməyən igid Şəhid İbarət Əkbərovun xatirəsi anılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabad, 13 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Vətən müharibəsində düşməni torpaqlarımızdan qovan qəhrəmanlardan biri - İbarət Faiq oğlu Əkbərovun şəhadətinin beşinci ildönümü doğulduğu kənddə anılıb.

AZƏRTAC xəbər verir ki, İbarət 1993-cü ilin yazında Yardımlı rayonunun Mirimli kəndində dünyaya gəlmişdi. Məlikli kənd orta məktəbində oxuyub, sadəliyi, mərdliyi ilə seçilib. Ailəsi sonralar Cəlilabad rayonunun Göytəpə qəsəbəsinə köçüb və o, təhsilini buradakı tam orta məktəbdə davam etdirib. Həqiqi hərbi xidmət dövründən sonra təsərrüfat işlərində valideynlərinə dəstək olan İbarət yenidən ön xəttdə xidmət etmək üçün Müdafiə Nazirliyinə müraciət ünvanlayıb. Nəhayət, 2019-cu ildən İbarət Əkbərov müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. O, həyatının ən gözəl çağında - Vətən müharibəsi günlərində ön cəbhədə idi. BMP-1 texnikasının baş sürücü mexaniki kimi Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Şəhid anası Kəmalə Vəliyeva deyir ki, İbarət döyüşlərə qatılanda heç vaxt bu barədə yaxınlarına danışmazdı: “İbarət iki dəfə yaralanıb, mən heç bilməmişəm. Hospitalda olanda da mənə deməyib. Atası bilsə də, deyib ki, mən bilməyib. İbarət övladı yadigar qalıb. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin”.

Anım günündə kədərinə hakim ola bilməsə də, Faiq ata şəhid oğlunun yaddaşında iz qoyan bir xatirəsini qürurla xatırlayır: “Tatarıstanda işlədiyim vaxt ermənilərlə söz-söhbət düşdü. Onlardan biri “Gücünüz varsa, Qarabağda göstərin!” dedi. Bunu eşidən İbarət məndən qabaq onların cavabını verdi. O sözlər sonradan bir ömürlük anda çevrildi: “Vaxt gələr sizin cavabınızı verərik və torpaqlarımızı azad edərik”. Nə yaxşı ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı və mənim oğlum da müharibədə iştirak etdi. Elə bil Allah özü bu şəraiti yaratdı ki, o, verdiyi sözü yerinə yetirsin. İbarət Vətən müharibəsi dövründə düşmənlərə layiqli cavab verdi”.

İbarət sentyabrın 28-də yaralansa da geri çəkilməyib. Əksinə, döyüş meydanını tərk etmədən yoldaşlarına dayaq olub. Oktyabrın 2-də yenidən yaralanıb, hospitala gətirilsə də, beş gün sonra tam sağalmadan, könüllü şəkildə yenidən döyüşlərə qayıdıb. Oktyabrın 12-də Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb.

Döyüş yoldaşı Elşən Əhədov onunla iki bir yerdə xidmət edib. Deyir ki, İbarət çox ürəkli uşaq idi. “Müharibə vaxtı onlar “BMP” ilə qabaqda gedirdilər. O çalışırdı ki, həmişə öz işin tez yerinə yetirsin, qabaqcıl olsun. Onun döyüşlərdəki şücaəti unudulmayacaq, daim xatırlanacaq”, - deyə Elşən bildirir.

İgid şəhidimizin qəhrəmanlığı dövlət səviyyəsində də qiymətləndirilib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, İbarət Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Yaşadığı Göytəpə qəsəbəsində əsas küçələrdən biri onun adına əbədiləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri