Yarım milyondan çox yeyintiyə görə həbs olundu, azadlığa çıxmaq istədi və aldadıldı...
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” MMC-nin baş mühasibi vəzifəsində çalışıb. Dondurma istehsalı ilə məşğul olan şirkətin 528 min 458 manat pulunu mənimsəməkdə ittiham olunan Tamilla Əliyeva 10 il 6 ay azadlıqdan məhrum edilib. 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü maddələri ilə təqsirli bilinib.
Sumqayıtda yaşayan Mirqərib adlı şəxs Tamilla Əliyevanın yaxınlarına söz verib ki, onun azadlığa çıxmasına kömək edə bilər. Bunun üçün 110 min manat pul lazım olduğunu bildirib. Danışıqlardan sonra 100 min manata razılaşıblar. Lakin Tamilla Əliyevanın qohumları ona son nəticədə 80 min manat pul veriblər. Bunun da 50 min manatı əvvəl notarial qaydada verilib. Daha sonra apellyasiya məhkəməsi keçirilən ərəfədə Mirqərib Tamilla Əliyevanın oğluna zəng edərək, 30 min manat pulun təcili hakimə çatmalı olduğunu bildirib. Həmin gün axşam bu məbləğ də ona çatdırılıb. Lakin Bakı Apellyasiya Məhkəməsi Tamilla Əliyevanın cəzasını qüvvədə saxlayandan sonra yaxınları aldadıldıqlarını başa düşüb, pullarını geri tələb ediblər. Onlar polisə şikayət ediblər.
Mirqərib 8 min nağd pul və 22 min dəyərləndirdiyi “Lexus” markalı avtomobilini 30 min manatın əvəzi olaraq qaytarıb. Qalan məbləğ isə qaytarılmayıb.
Tamilla Əliyevanın yaxınları sonradan məhkəmədə bildirib ki, Mirqərib onlara Ali Məhkəmənin sədrinin qardaşı ilə münasibəti olduğunu, onun vasitəsilə işi həll edəcəyini demişdi.
Mirqəribdən başqa şikayətçilər də olduğuna görə o, həbs edilib. Digər iki nəfər isə torpaq sahəsi satmaq adı ilə onları aldatdığını iddia edib.
Təqsirləndirilən şəxs isə bu ittihamların heç birini qəbul etməyib. Əksinə, özünün dələduzluğa məruz qaldığını, pullarının başqa biri tərəfindən mənimsənildiyini bildirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirqərib külli miqdarda dələduzluqda təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilib. Zərərçəkmişlər bu cəzanı yüngül hesab edərək, apellyasiya şikayəti veriblər. Apellyasiya məhkəməsi onun cəzasını 1 il artıraraq, 7 il edib.
Aytən, Bizimyol.info
Baxış sayı:88
Bu xəbər 25 Dekabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















