Icma.az
close
up
RU
Yaş həddi 70 idisə, 77 yaşlı hakim vəzifədə necə qalıb?

Yaş həddi 70 idisə, 77 yaşlı hakim vəzifədə necə qalıb?

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, aprelin 7-də Prezident İlham Əliyevin “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə imzaladığı Qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə artırılıb. Bu gün isə həmin məhkəmənin 77 yaşlı hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.

Maraqlıdır, Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olma yaş həddi 70 idisə, Rafael Qvaladze 77 yaşa qədər sözügedən vəzifədə necə qalıb?

Ölkə.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qanuna edilən yeni dəyişiklikdən əvvəl 70 yaşına çatmış hakimin yerinə yeni hakim təyin olunana qədər o, vəzifələrini icra edə bilirdi. Dəyişiklikdən sonra isə artıq Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi yeni hakim təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

Məlumat üçün bildirək ki, hazırda Konstitusiya Məhkəməsində sədr və sədr müavini də daxil olmaqla, 9 hakim fəaliyyət göstərir:

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin 67 yaşı var. O, 22 ildir ki, bu vəzifəni icra edir.

69 yaşlı sədr müavini Sona Salmanova isə 27 ildir Konstitusiya Məhkəməsinin hakimidir.

50 yaşlı Humay Əfəndiyeva 4 ildir hakim vəzifəsində çalışır.

Digər hakim Rövşən İsmayılovun 54 yaşı var. O, 15 ildir bu vəzifədədir. 

15 ildir Konstitusiya Məhkəməsinin hakimi olanlardan biri də Ceyhun Qaracayevdir. Onun 60 yaşı var.

59 yaşlı hakim Kamran Şəfiyev də 15 ildir ki, bu vəzifədədir. 

Hazırda sabiq ədliyyə naziri Fikrət Məmmədov da Konstitusiya Məhkəməsinin hakimi kimi çalışır. O, bu vəzifəyə ötən il təyin edilib. F.Məmmədovun 70 yaşı var.

  

73 yaşlı İsa Nəcəfov isə 23 ildir hakimlik kürsüsündə əyləşir. 

Onu da qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. Artıq parlamentə hərbi prokuror kimi səlahiyyət müddəti başa çatan 70 yaşlı Xanlar Vəliyevin də hakim təyin olunması ilə bağlı məsələ daxil olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Aprel 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri