Icma.az
close
up
RU
Yaşadığımız bina qəsdən yararsız hala salınır Səbaildən ŞİKAYƏT

Yaşadığımız bina qəsdən yararsız hala salınır Səbaildən ŞİKAYƏT

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunub.

Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, yaşadıqları bina qəzalı vəziyyətdə olmamasına baxmayaraq, oranı tərk etmələri üçün yararsız hala salınır:

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

"Yaşadığımız bina uzun müddətdir istismardadır. 2011-ci ildə Fövqəladə Hallar Nazirliyi binanı yoxlayıb və onun texniki cəhətdən əla vəziyyətdə olduğunu bildirib, əlavə mərtəbənin inşasına razılıq verilib. Sonradan bu işlər dayandırılıb. 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti binanın qəzalı vəziyyətdə olduğunu elan edərək sakinlərin təxliyəsini tələb edib. Bu qərarla razılaşmayaraq məsələni məhkəməyə təqdim etdik. 2015-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki "Bakı Dövlət Layihə İnstitutu" tərəfindən araşdırmaya başlanılıb, 2016-cı ildə nəticə olaraq binanın yalnız kosmetik təmirə ehtiyacı olduğu rəsmən təsdiqlənib.

2025-ci ilin aprel ayında Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi binamıza gələrək, ərazidə dövlət layihəsinin planlaşdırıldığını bildirib və şifahi olaraq statistik orta dəyərdən dəfələrlə az qiymət təklif edilib. Ancaq bu barədə bizə heç bir rəsmi sənəd, təklif və ya alternativ variant təqdim edilməyib.

Əgər bizim binamız sökülərək yerinə yenisi inşa ediləcəksə, həmin binada mənzil ilə təmin olunmağımızı istəyirik".

Sakinlər qeyd ediblər ki, uzun illərdir binanın yanındakı köhnə hərbi hospitalın yerində bina tikilməsi planlaşdırılır:

"Hətta binanın sağ tərəfində PMD şirkətinə məxsus yeni bina inşa olunması üçün hazırlıq işləri aparılır. Bu səbəbdən düşünürük ki, binamız heç bir dövlət layihəsinə daxil edilməyib, əksinə, onun kommersiya maraqları naminə sökülməsi istənilir.

Son günlərdə isə daha narahatedici hallar müşahidə olunur. Binanın infrastrukturu naməlum şəxslər vasitəsilə dağıdılır, metal konstruksiyalar sındırılıb daşınır, sakinlərə qarşı psixoloji təzyiqlər göstərilir. Bildirilir ki, yaxın zamanda liftlərin işi dayandırılacaq. Qəsdən su və kanalizasiya xətlərini zədələyirlər. Bütün bunlar bizim və ailələrimizin təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Hətta ötən gün həftəsonu olmasına baxmayaraq, binaya gələrək birinci mərtəbədə - mağaza və obyektlərin yerləşdiyi hissədə dağıntı işləri görüblər.

2014-cü ilin qərarını əsas gətirirlər. Biz həmin qərarı vaxtilə məhkəmədə şikayət edib udmuşuq. İndi hansı qərardan söhbət gedir? Üstündən artıq 11 il keçib, indi xatırlayırlar ki, bina qəzalıdır? Bizim bina "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nda da yaşayış sahəsi olaraq göstərilib.

"Biz heç bir maddi vəsait tələb etmirik. Yeganə istəyimiz odur ki, əgər binamız doğrudan da hər hansı layihəyə daxil ediləcəksə, bu zaman bina sakinləri ədalətli şəkildə yeni tikiləcək binada və ya uyğun ərazidə mənzillə təmin edilsinlər. Çünki illərdir bu binada yaşayırıq və şəhərin mərkəzində, ailələrimizlə birgə qurduğumuz həyatın qorunmasını istəyirik".

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə hər hansı layihə əsasında tikinti işləri aparılmayacaq:

"Aidiyyəti qurumların 2014-cü ildə müvafiq qərarları əsasında sözügedən yaşayış binasının köçürülməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilib.

Əlavə olaraq qeyd edirik ki, həmin ünvanda gələcəkdə hər hansı layihə əsasında tikinti işlərinin aparılması ilə bağlı Rayon İcra Hakimiyyətində məlumat mövcud deyil".

Bina sakinlərinin 2014-cü ildə yaşayış binasının köçürülməsi ilə bağlı qərardan məhkəmə şikayəti verdikləri, udduqları, hazırda hansı qərar əsasında binada köçürülmə işlərinin aparılması ilə bağlı suallarımız isə cavabsız qaldı. Sakinlərə söküntü işinə dair rəsmi sənədlərin təqdim olunmaması məsələsi də müəmmalı olaraq qalmaqda davam edir.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 May 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri