Icma.az
close
up
RU
Yasamal qəbiristanlığında dörd nəfər üçün məzar yeri ‘güzəştlə’ 50 min manata satılıb

Yasamal qəbiristanlığında dörd nəfər üçün məzar yeri ‘güzəştlə’ 50 min manata satılıb

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda Yasamal qəbiristanlığında bir nəfərin məzar yeri təxminən 15-20 min manata satılırmış. Bunu Yasamal bələdiyyəsinin ərazi idarəetmə şöbəsinin keçmiş müdiri Rizvan Mahmudovla qəbiristanlığın nəzarətçisi Elçin Soltanov da etiraf ediblər.

Gununsesi.info xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti Yasamal qəbiristanlığını 2019-cu ildə təhvil-təslim aktı ilə Yasamal bələdiyyəsinin balansına verib. Bələdiyyə sədri Tahir Məmmədov da qəbiristanlığa nəzarəti şöbə müdiri R.Mahmudova həvalə edib. Onun rəhbərlik etdiyi ərazi idarəetmə şöbəsi sonradan “bələdiyyə mülkiyyətinə nəzarət şöbəsi” adlandırılıb.

R.Mahmudov bu ilin aprelində qəbiristanlıqda dörd nəfərlik məzar yerini 50 min manata satmaq cəhdinə görə həbs edilib. Üç ay həbsdə saxlanılan keçmiş şöbə müdiri iyulun 14-də azadlığa buraxılıb. Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsiylə təqsirli bilinən keçmiş şöbə müdirinə 7 min manat cərimə cəzası kəsilib.

R.Mahmudov özünü təqsirli bilir və peşman olduğunu deyir. O, dörd nəfərlik məzar yeri almaq istəyən Anar adlı şəxsin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayəti əsasında həbs olunub. Cinayət işinin materiallarına görə, həmin şəxs öncə qəbiristanlıqdakı nəzarətçinin yanına gəlib, anasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini, durumunun ağır olduğunu deyib və yer istəyib.

Nəzarətçi bir məzar yerinin 20 min manat olduğunu söyləyib. Ona bir yox, bir neçə nəfərlik yer lazım olduğunu deyəndə isə nəzarətçi bələdiyyənin şöbə müdiri R.Mahmudovla əlaqə saxlamağı məsləhət görüb. Nəzarətçinin vasitəçiliyi ilə onların arasında əlaqə baş tutub.

“Rizvan dedi ki, 9-cu sektorda yerlər var. Həmin sektorda da bir qəbir yerinin qiyməti 20 min manatdan başlanır. Ancaq Elçinin (qəbiristanlığın nəzarətçisi – red.) yaxını olduğuna görə 15 minə də olar. Zarafatyana dedim ki, şəhərin bahalı yerində ev üçün torpaq sahəsi almıram, qəbir yeri almaq istəyirəm”, – şikayətçinin öz ifadəsində dilə gətirdiyi sözlərdir.

R.Mahmudov da deyilənləri təsdiqləyib. Etiraf edib ki, sonda dörd nəfərlik qəbir yerindən ötrü 50 min manata razılaşıblar. Öncə aprelin 10-da gətirib 5 min manatı nəzarətçiyə verib. Aprelin 23-də isə qalan 45 mini onun özünə çatdırıb. Həmin pulu götürüb bələdiyyə binasına gələrkən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları onu saxlayıb. Sonradan bilib ki, hələ öncəki 5 min manat veriləndə də prosesin audio və videoyazısı aparılıb.

R.Mahmudov həmin qəbiristanlıqda yerlərin tam dolduğunu bildirib. Arxa hissədə – “Qanlı göl” adlanan yerin suyu quruduğu yerdə yeni sahə ayrılıb, orada yeni qəbir yerləri salınıb. Onun sözlərinə görə, həmin qəbiristanlıqdakı yerlər bələdiyyə sədrinin qərarı ilə pulsuz verilməlidir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 İyul 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri