Icma.az
close
up
RU
Yasamal rayonunda 8 mart günü qeyd edilib FOTOLAR

Yasamal rayonunda 8 mart günü qeyd edilib FOTOLAR

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yasamal Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik ili çərçivəsində” 8 Mart -Beynəlxalq Qadınlar Gününə həsr olunan rayon toplantısı keçirilib. Toplantıdan öncə Dövlət Himni səsləndirilib, sonra isə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib.

 Sherg.az xəbər verir ki, Yasamal rayonunda fəaliyyəy göstərən təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan qadınlar, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının qadın əməkdaşları, eləcə də qəhrəman şəhidlərimizin anaları, həyat yoldaşları və qız övladlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar. Təravət Muradova vurğuladı ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir.

Tədbirdə çıxış edən qadınlar Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanmasında və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini vurğulamışlar.

İclasda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xanımları təbrik edərək onlara cansağlığı, səadət və işlərində uğurlar arzuladı.

RİH başçısı bildirdi ki, əsrlər boyu biz Ana Vətən demişik, çünki bizdə Vətən hər zaman ana ilə təcəssüm olunub. Biz həmçinin Ana dili deyirik, çünki bu dili qoruyub inkişaf etdirən və nəsildən nəsilə ötürən xanımlar olub. Torpaqlarımızı düşməndən qoruyan oğulları da xanımlar dünyaya gətirir. İcra başçısı torpaqlarımızın işğaldan azad edilməsi zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsinin ehtiramla yad etdiyini, şəhid analarına və xanımlarına, layiqli oğullar böyüdən əsgər analarına xoş arzularını çatdırdı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, bu gün Azərbaycan qadını ən xoş sözlərə layiqdir! Çünki onlar həm evdə, həm işdə hər bir işi mükəmməl görərək daha üstün nəticələr əldə edirlər. Müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar. Bu mənada Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva hər bir Azərbaycan qadını üçün bir nümunədir. O, həm ana, həm də cənab Prezidentin ömür-gün yoldaşı kimi hər xanım üçün gözəl bir örnəkdir.

Sonda tədbirdə iştirak edən bütün qadınlara hədiyyələr və gül dəstələri təqdim olundu, xatirə şəkli çəkildi.

Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Hörmətli Elşad Həsənova  , təşəkkürümü bildirirəm.  Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı Elşad Həsənov,Yasamal Rayon Sakinlərinə qarşı  mütəmadi olaraq irəli sürdüyü gözəl  təşəbbüslərilə Yasamal Rayon sakinlərin hər zaman hörmətini,sevgisini qazanıb.Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənovun humanistliy,diqqəti Yasamal Rayon sakinləri tərəfindən sevilib və yüksək səviyyədə təqdirə layiq görülüb.Hər zaman Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənovla fəxri edib,qürur duyuruq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Mart 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri