Icma.az
close
up
RU
Yasamalda “ölüm yolu na əncam çəkən yoxdur: SOS

Yasamalda “ölüm yolu na əncam çəkən yoxdur: SOS

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bakıya heyran qalan əcnəbi blogerlər bu küçədəki vəziyyəti görsələr, fikirlərini dəyişərlər

Dəflərlə yazılıb, deyilib, eşidən, baxan yoxdu. Nə icra hakimiyəti hərəkətlənir,  nə də FHN.  Hamının gözü qarşısında yenə eyni mənzərə yaranıb, yenə ölüm saçan vəziyyətdir. Baş verən hadisələrdən, həbslərdən də dərs çıxarmırlar. Gərək kimsə ölə? Gərək kimsə əzizini itirə? Burada hərəkət edən insanların, həyətdə oynayan uşaqların həyatı ipdən aslıdır. Hər an bir qara xəbər yayıla bilər. Burası Yasamaldı, özü də şəhərin ən mərkəzi küçərindən biri...



Paytaxtın Yasamal rayonunda antisanitar və təhlükəli vəziyyət hələ də davam edir. Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın arxasında bir neçə il əvvəl “Sevinc MTK” inşaat işlərinə başladı və sıx məskunlaşma olan ərazidə “Melisa Park” yaşayış massivi salındı. Binaların bir-birinə sıx tikilməsi, ətrafdakı binaların mənzillərinin gün işığına həsrət qalması, küləyin sirkulyasiya edə bilməməsi bir yana, ərazidə qalaqlanıb qalan zibillik ətrafa üfunət yayır. Sakinlər məişət tullantıları ilə dolu sellofan paketləri hara gəldi atır, nəticədə “zibil dağı” yaranır. Zibillik “dizə çıxır”. 


Ciddi problemlərdən biri də ərazidə təhlükəli vəziyyətin yaranmasıdır. Tikinti başa çatsa da, MTK rəhbərliyi ərazidə yaranmış dərin çökəkliyi hasara almağı lazım bilməyib. MTK rəhbərliyi buna əhəmiyyət vermir, laqeyd yanaşır. Halbuki çökəkliyin kənarı ilə, kiçik dar yolla daim gediş-gəliş var. “Melisa Park”ın sakinləri gediş-gəliş üçün məhz bu dar cığırdan istifadə edir. Binanın həyətində oynayan, əylənən uşaqlardan birisi çökəkliyin kənarından keçsə, ayağı sürüşüb yıxılasıdı. Bura gediş-gəliş üçün əlverişsiz və təhlükəlidir. Bunun məsuliyyətini necə daşıyacaq MTK rəhbərliyi? 


 

Bina tikmək yaxşıdır, qazanmaq da yaxşıdır, bəs sakinlərin təhlükəsizliyi, ekoloji vəziyyət? Bunları, təəssüf ki, düşünən yoxdur. Bakıya gələn qonaqlar, turistlər, paytaxtın təmizliyinə (hansısa ərazilərdə - M.R.) heyran qalan əcnəbi blogerlər Həsən bəy Zərdabi küçəsindəki vəziyyəti görsələr, fikirləri əks istiqamətə dəyişəcək. Yasamal Rayon İcra Hakimiyyəti ərazidəki vəziyyətlə maraqlansa, yaxşıdır. 

Hələ buranın başqa bir dərdi də var. Binada yaşayan 120 mənzilin sakinlərinin Prezidentə, Birinci vitse - prezidentə  və ən yuxarı insatansiyalara şikayəti hazırlanır.   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri