Icma.az
close
up
RU
Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır QALMAQAL

Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır QALMAQAL

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 92A ünvanında yerləşən yaşayış binasında onlarla ailənin mülkiyyət, təhlükəsizlik və digər hüquqları ciddi şəkildə pozulub.
Bunu sakinlər Modern.az-a göndərdikləri məktubda bildiriblər.

Sakinlərin iddiasına görə, bina əvvəl MTK tərəfindən, daha sonra isə “Yasamal-71” MMMC tərəfindən şəffaflıqdan uzaq, hüquqi əsası olmayan, müqaviləsiz ödəniş və borc tələbləri ilə idarə olunub. Ən narahatedici məqam isə odur ki, sakinlər yalnız idarəedici qurumlarla deyil, bəzi məhkəmələrin bu məsələlərə yanaşması ilə də çətin vəziyyətə salınır.

Sakinlərin sözlərinə görə, onların nə əvvəlki ASP MTK ilə, nə özünü komendant adlandıran Etibar İbrahimov ilə, nə də “Yasamal-71” MMMC ilə hər hansı yazılı və ya şifahi müqaviləsi olub.

“Heç bir öhdəlik götürülməyib, heç bir smeta, müqavilə, xidmət əsaslandırması təqdim edilməyib. Buna baxmayaraq, bəzi sakinlərdən 4-5 il əvvəlin borcu tələb olunur. Hüquqşünasların fikrincə, bu, Azərbaycan qanunvericiliyinə, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə, Konstitusiyanın 60-cı maddəsinə və xüsusən də Konstitusiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarına ziddir.

Konstitusiya Məhkəməsi həmin qərarda açıq şəkildə bildirir:

Vətəndaşla idarəedici qurum arasında öhdəlik yalnız qanuna uyğun bağlanmış müqavilə olduqda yarana bilər. Deməli, müqavilə yoxdursa, borc da ola bilməz”, - sakinlər qeyd ediblər.
Sakinlərin ən çox narazı qaldığı məqam “Yasamal-71” MMMC-nin yaranma prosesi ilə bağlıdır.

İddialara görə, MMMC-nin yaradılmasında qərar səs çoxluğu, cəmi 4 nəfər qaraj sahibinin adlarına yazılan təxminən 650 səslə təmin edilib.

"Bu isə çox ciddi suallar yaradır: bu 4 şəxs 650 qarajı necə əldə edib? Bu qədər səs hüququ hansı əsasla təsdiqlənib? Necə olur ki, qaraj sahibləri mənzil sahiblərinin ödənişlərini müəyyən edir? Əgər kommunal haqqı onlar müəyyən edirsə, bəs özləri bu binaya görə nə qədər ödəyiblər?”, - sakinlər sual ediblər.

Sakinlər “Bizim yerimizə qərar verənlər mənzil sahibi deyil. Bu ədalət deyil”, - əlavə ediblər

Onlar binanın 3 mərtəbəli zirzəmisində onlarla anbar, avtoyuma məntəqəsi, təmir sexləri, mənşəyi və təhlükəsizlik statusu bilinməyən avadanlıqlar, hətta yanıcı və partlayıcı maddələr ola biləcəyi ehtimal edilən materiallar saxlanıldığını bildirirlər.

“Ən narahatedici məsələ bu obyektlərə kim nəzarət edir, bilinmir, FHN, bələdiyyə və digər orqanların sistemli yoxlama apardığına dair heç bir məlumat yoxdur. Təhlükəsizlik qaydalarının pozulması ehtimalı ilə bağlı müraciətlər cavabsız qalır. Bu isə sadəcə hüquqi problem deyil, birbaşa insan həyatı üçün təhlükə deməkdir”.

Sakinlərin ən ciddi narazılığı məhz məhkəmə mərhələsində ortaya çıxır. Hazırda təkcə Yasamal Rayon Məhkəməsində 30-dan çox iş “Yasamal-71” MMMC-nin iddiası əsasında baxılır.

Bu işlərin böyük qismi iki hakimə düşür: Aydan Oruclu və Aytəkin Əsədzadə.

Sakinlərin dediyinə görə, hakim Aydan Oruclu və Aytəkin Əsədzadə eyni mahiyyətli işlərdə tam fərqli qərarlar verir, bəzi işlərlə bağlı sübut tələb edir, bəzilərində isə heç bir əsas olmadan icraata qəbul edir, digər hakimlərin rədd etdiyi işləri tələsik şəkildə qəbul edir, vəsatətlər təmin edilmir, iddiaçıdan əsas sübutlar tələb olunmur.

Sakinlər bunu belə adlandırır:

“Bu məhkəmədə qərarı qanun yox, kimin icraatına düşməyimiz müəyyən edir”.

Artıq onlarla sakin eyni vaxtda Apelyasiya Məhkəməsinə müraciət hazırlayır. Çünki onların sözlərinə görə, Yasamal məhkəməsində səs eşidilmir, vəsatətlər təmin edilmir, sübutlar tələb olunmur, iddialar tələsik qəbul edilir.

“Biz ədaləti Yasamal məhkəməsində deyil, daha yuxarı instansiyalarda axtaracağıq”, - onlar deyiblər.

Bildiriblər ki, Yasamal məhkəməsində şirkətin maraqlarına toxunan şikayətlərə baxılmır, sakinlərin yüzlərlə müraciəti cavabsız qalır, məhkəmə qərarları isə çox vaxt şirkətin mövqeyi ilə üst-üstə düşür.

Sakinlərin gözləntisi sadədir: qanun işləsin, Konstitusiya və Konstitusiya Məhkəməsinin qərarları tətbiq olunsun, məhkəmələr həqiqəti araşdırsın, müqaviləsiz borc yaratma praktikasına son qoyulsun, insanların səsi eşidilsin.

Və ən böyük sual hələ də açıqdır: Bu özbaşınalığa kim və nə vaxt “dayan” deyəcək?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri