Yasamalın məşhur stadionu niyə bu vəziyyətə düşüb? FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionu uzun müddətdir baxımsız vəziyyətdədir. Ərazini kol-kos bürüyüb, tribunalar yararsız hala düşüb və stadion demək olar ki, istifadəyə yararlı deyil.
Milli.Az xəbər verir ki, əvvəllər stadionun təmir ediləcəyi açıqlansa da, hazırda ərazidə heç bir yenidənqurma işi aparılmır. Yaxınlıqda yaşayan sakinlər isə vəziyyətdən narazıdır.
Onların sözlərinə görə, stadion vaxtilə uşaqların və böyüklərin idman və istirahət üçün istifadə etdiyi məkan olub. Sakinlər obyektin bərpa olunmasını istəyirlər.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti müraciətə münasibət bildirməyib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:Yasamalın başçısı səki satır FOTO
16 Mart 2025 20:56
Yasamalın qazı KƏSİLƏCƏK
02 İyun 2025 09:54
Baxış sayı:154
Bu xəbər 05 Avqust 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















