Icma.az
close
up
RU
Yaşanan qalmaqalın başında bu dayanır Video

Yaşanan qalmaqalın başında bu dayanır Video

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilə müğənni Təranə Qumralın qızı Qumral arasında mübahisə yaşanıb. Buna səbəb isə Qumralın "Dünya sənin, dünya mənim" mahnısını oxuması və bunu Röyanın yutub platformasından sildirməsi olub.

N.Musayev məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. Müğənni bildirib ki, günlərdir davam edən bu söz-söhbət onu narahat edib:

"Bütün qalmaqalın başında bir icazə dayanırdı. İcazə almalı idilər. Heç bir gəncə mahnımı oxuma qadağası qoymuram. Niyə edim ki? Sadəcə, hamı oxumazdan əvvəl məndən icazə alır. Bu, qanunda da var: müəllif hüquqları qorunmalıdır. lap mən sildirməyim, yutub axı bunu silir, müəllif hüququnu qoruyur. Mənim heç kimlə problemim yoxdur, icazə alardılar. Bir də mahnını düz oxumamışdı. Ona görə də müəllif hüququmu qoruyanlar mahnını sildirdilər".

Məsələ ilə bağlı N.Musayevin qardaşı oğlu Musa Musayevlə ailəli olan Təranə Qumral sosial şəbəkədə canlı yayımda danışıb. O bildirib ki, məsələyə qarışmamasına səbəbləri var: 

"O, sülalə Niyaməddin Musayevə qurban olsun. Bildiklərimi də qarnımda saxlamışam. Niyaməddin Musayev bunlara qatılası adam deyil. Xalq artistidir, sənətkardır. 32 ildir onlara deyirəm ki, içi Musa qarışıq hamınızı Niyaməddin Musayevə qurban edirəm. Danışılacaq çox şeyim var. Bir də arada Sevgim (Musa ilə evliliyindən olan qızı - red.) var".

Qeyd edək ki, mahnı ilə bağlı qalmaqal "Tarixin bir günü" verilişində müzakirə olunub. Qumral bildirib ki, Röyanın bu addım onu təəccübləndirib və ondan bu haqda cavab ala bilməyib. Onun sözlərinə görə, mahnını ifa edərkən hər hansı pis niyyəti olmayıb və bu məsələdə haqsızlığa məruz qalıb:

"Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, məni "qara siyahı"ya atdı. Mənə də maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm”.

Məsələyə münasibət bildirən Röya isə Qumralın ona müraciət etmədiyini deyib və yaranan vəziyyətin qalmaqal kimi təqdim olunmasına etiraz edib. O bildirib ki, atasının mahnıları ilə bağlı müəllif hüquqları ona məxsusdur və icazəsiz, üstəlik mətndə səhvlə ifa olunan mahnının yayımda qalmasına razılıq verə bilməz:

“O mənə heç nə yazmayıb. Xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Bunu özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə iki saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Mahnıda “cütlənmiş” əvəzinə “cütləşmiş” dediyi üçün bunu etmişəm. O xanım mahnıya görə ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur. İcazə alınmalıdır”.

Qeyd edək ki, N. Musayev Təranə Qumralın həyat yoldaşı Musa Musayevin əmisidir. Onlar uzun illərdir Musa ilə küsülüdürlər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://axsam.az
archiveBu xəbər 22 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri