Yaşar Gülər: Azərbaycanın gücü bizim gücümüzdür
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın gücü Türkiyənin gücüdür.
“Report”un Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri general Yaşar Gülər deyib.
Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan mühüm strateji mövqeyə malikdir: "Bu həqiqətdir ki, Azərbaycanın gücü bizim gücümüz, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz gücümüzü Vətən Müharibəsində bir daha bütün dünyaya göstərdik. Bu gün Qarabağda Azərbaycan bayrağının dalğalanmasından böyük qürur və xoşbəxtlik hissi keçiririk".
O, vurğulayıb ki, Türkiyə və Azərbaycanın müdafiə qüdrətinin və əməkdaşlığının gücləndirilməsi seçim məsələsi deyil, vacib ehtiyacdır.
Türkiyəli nazirin sözlərinə görə, rəsmi Ankara və Bakının sarsılmaz qardaşlıq bağları ikili strateji tərəfdaşlığı gücləndirir. "Ölkələrimiz hər şəraitdə birləşməli və bir-birini dəstəkləməlidir. 44 günlük Müharibədə qazanılan qələbə Azərbaycan tarixinin şanlı səhifəsi olmaqla yanaşı, həm də bütün Türk dünyası üçün qürur mənbəyidir. Azərbaycanın qələbəsi Qafqaz regionunda sülh və sabitlik baxımından böyük əhəmiyyət kəsb edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 İyun 2025 06:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















