Icma.az
close
up
RU
Yaşar Seyidov UEFA nın “Karvan Yevlax” ödədiyi məbləğdən pay tələb edir

Yaşar Seyidov UEFA nın “Karvan Yevlax” ödədiyi məbləğdən pay tələb edir

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

İkinci liqada mübarizə aparan “Dinamo” ötən il premyer-liqaya yüksələn, başa çatmış mövsümün sonunda isə yarışı tərk edən “Karvan-Yevlax”dan maddi vəsait tələb edir.

Ona görə ki, bölgə təmsilçisi “futbol ili”nin əvvəlində elita klubları sırasına qoşulmağın əsas tələblərindən biri olan U-17 və U-19 komandalarını araya-ərsəyə gətirə bilmək üçün “Dinamo” ilə müqavilə imzalayıb. Anlaşmanın şərtlərinə görə, yevlaxlılar AFFA-nın məhz bu kollektivlərin inkişafı üçün klublara ayırdığı 500 min manatın 9,6 faizini qarşı tərəfə ödəməliymiş. Əvəzində “Dinamo” həmin yaş kateqoriyasında olan futbolçularını “Karvan-Yevlax”ın sərəncamına verib. Düzdü, hər iki klub müqavilənin şərtlərinə əməl edib. Ancaq “Dinamo” yenə narazıdı. Daha dəqiqi, paytaxt təmsilçisinin daha bir istəyi var. Bu barədə “Futbol+”ə “Dinamo”nun prezidenti Yaşar Seyidov məlumat verib.
Sizi funksionerin söylədikləriylə tanış edirik:

“Məlumdu ki, U-17 və U-19 komandalarının varlığı premyer-liqa klubları üçün ən əsas tələblərdəndi. “Karvan-Yevlax” elitaya vəsiqə qazansa da, lisenziyalaşdırma prosesi zamanı bu problemlə üzləşəcəkdi. Çünki aşağı yaş qrupları üzrə komandaları yox idi. Bizimlə anlaşdılar və bu razılıq sayəsində lisenziya ala bildilər. Bəli, onlar bu müqaviləyə uyğun olaraq, ödənişləri ediblər. Lakin xatırlayırsızsa, UEFA “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışına görə bütün premyer-liqa klublarına külli miqdarda vəsait ödədi. Baxın, biz də “Karvan-Yevlax”a ödənilən həmin vəsaitdən öz haqqımızı tələb edirik. Çünki həmin vaxt Yevlax təmsilçisi bizlə imzaladığı müqavilə sayəsində premyer-liqada idi. Mən bu məsələni həm idman hüquqşünaslarıyla, həm də UEFA-dakı dostlarla müzakirə etmişəm. Mənə bildiriblər ki, tam haqlıyam və bu vəsaiti tələb etməyə haqqım var. Bu barədə “Karvan-Yevlax”a məktub yazmışıq. Ümumiyyətlə, bu kluba U-17 və U-19 komandaları üçün çəkdiyimiz, demək olar ki, bütün xərclərin sənədlərini göndərmişik. Maliyyə çətinlikləri barədə məlumat vermişik. Ancaq hələ qarşı tərəfdən cavab ala bilməmişik. Ümid edirəm ki, tələbimizi müsbət qarşılayacaqlar. Əks halda, AFFA və UEFA-ya müraciət edəcəyik, haqqımızı tələb edəcəyik. Onsuz da həmin vəsait ali futbol qurumunun “həmrəylik ödənişləri” prinsipi əsasında klublara verilir və müəyyən hissəsinin uşaq futboluna ayrılması zəruridi”.


Yaşar Seyidov bütün klubların bu yöndə həmrəylik göstərməli olduğunu bildirdi:

“Hazırda bir çox Azərbaycan klubu Avropa Futbol Klubları təşkilatına üzv olmağa can atır. Bir çoxu onsuz da üzvdü. İstəyirlər ki, nəhəng klublarla işbirliyi etsinlər. Bizdə belədi, hamı varlıyla yan-yana olmaq istəyir, kasıba baxan yoxdu. Halbuki öz klublarımızla da işbirliyi etmək olar. Bu yaxınlarda Klublar Komitəsinə təklif etdim ki, Abşeron Olimpiya İdman Kompleksinin stadionunu təmir edək, bölgələrdən gələn aşağı yaş qrupları üzrə komandalar burda ödənişsiz məşq etsin. Elə bizim akademiyada da 350-yə yaxın uşaq var. Ancaq heç bir klub bu təklifə müsbət cavab vermədi. Gərək bir olaq”.


KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 İyun 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri