Icma.az
close
up
RU
Naxçıvan və Qarabağda “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi reallaşdırılacaq AZƏRTAC

Naxçıvan və Qarabağda “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi reallaşdırılacaq AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri olan uşaqlarla görüşüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə və “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin proqram rəhbəri Fuad Dərgahlı layihə barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi gənclər arasında ekoloji bilik və bacarıqların təbliğini təşkil etmək və bunun üçün gənc səfirlər qrupunu hazırlamaqdır. Layihə ölkənin iki regionunda - Naxçıvan və Qarabağda reallaşdırılacaq. Bu məqsədlə heyət ilk olaraq Naxçıvan Muxtar Respublikasına səfər edib. Burada müxtəlif yaş qrupundan gənclərlə görüşlərin keçirilməsi, layihə yekunlaşandan sonra gələcək fəaliyyətlər üçün gənclərdən ibarət eko-qrupların formalaşdırılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, Naxçıvan blokada şəraitində yaşayır. Bu isə muxtar respublikanın paytaxtla inteqrasiyasını sürətləndirməyi, o cümlədən ölkəmizdə tətbiq olunan qabaqcıl təcrübənin Naxçıvanda yaşayan gənclərə də aşılanmasını zəruri edir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bu məsələlərə xüsusi diqqət göstərir, gələcəyimiz olan gənclərin təklif və ideyalarının dəstəklənməsi, inkişafı məqsədilə münbit şərait yaradır. Bu işdə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətlərinin üzərinə böyük vəzifələr düşür.

Layihənin işinə uğurlar arzulayan və icrası üçün dəstəyini ifadə edən Samir Seyidəhmədli gənclərə belə layihələrdə fəal iştirakı, ölkəmizin gələcəyi naminə yaradılan şəraitdən səmərəli istifadə edərək peşəkar mütəxəssis kimi formalaşmağı tövsiyə edib.

“Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin iştirakçısı olan uşaqlar

gələcək planlarını və Naxçıvan səfəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Görüşdə Naxçıvana növbəti səfərlər və burada həyata keçirilməsi nəzərdə tutulan digər layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Layihə iştirakçılarından Səbinə Əlizadə “Vətən” adlı əl işini səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədliyə hədiyyə edib.

Sonda xatirə fotosu çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri