Icma.az
close
up
RU
COP29da yaşıl gələcək üçün insan kapitalının artırılması məsələləri müzakirə olunub AZƏRTAC

COP29da yaşıl gələcək üçün insan kapitalının artırılması məsələləri müzakirə olunub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 noyabr AZƏRTAC

COP29 çərçivəsində "NEQSOL Holding” şirkətinin əməkdaşlığı ilə "Yaşıl gələcək üçün insan kapitalının artırılması" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, "KPMG” təşkilatının Qlobal Dekarbonizasiya Mərkəzinin meneceri xanım Avery Johnstonun moderatorluğu ilə keçirilən tədbirdə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə iqlim dəyişmələri məsələlərinə dair regional müşaviri Maria Osbeck təhsil sisteminə investisiya olunmasının daha geniş bir baxış tələb etdiyini deyib. Təhsilin əsasını müəllimlərin təşkil etdiyini xatırladan müşavir əlavə edib: “Müəllimlər iqlim dəyişiklikləri ilə mübarizə barədə məlumatlandırılmalı, onlara bu işdə irəliləyiş əldə etmələri üçün stimul verilməlidir. Buna görə də, iqlim dəyişikliklərinin kurikulumlara, təhsil standartlarına inteqrasiyası UNICEF-in qlobal səviyyədə, eləcə də bu regionda əsas fəaliyyət istiqamətlərindən biridir. Biz çox şadıq ki, regiondakı bir çox ölkələr UNICEF ilə iqlim dəyişikliklərinin təhsilə inteqrasiyası üzrə birgə fəaliyyətə çağırış edirlər”.

Finlandiyanın sabiq Prezidenti Tarja Halonen dayanıqlı gələcək üçün təhsilin və insan hüquqlarının əhəmiyyətini önə çəkib. O, gənclərin cəmiyyətdəki mühüm rolunu qeyd edərək, onların səhiyyə və təhsil də daxil bütün insan hüquqlarına sahib olmalarının vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iqlim dəyişikliyi mövzusunda universitetlərdə müzakirələr aparılmalı olduğunu diqqətə çatdırıb. O, ADA Universitetində tələbələrin sosial layihələrə qatılaraq bu sahədə fəaliyyət göstərdiklərini qeyd edib.

"NEQSOL Holding” şirkətinin Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə şirkətin iqlim dəyişikliyi ilə bağlı işlər barədə danışıb, 11 ölkədə təhsil, səhiyyə və dayanıqlılıq layihələrini dəstəklədiklərini deyib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see226

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see201

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see172

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see151

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see132

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see131

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see128

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see125

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see124

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri