Icma.az
close
up
RU
Tbilisidə Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platformasının ilk Forumu keçirilib AZƏRTAC

Tbilisidə Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platformasının ilk Forumu keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Tbilisi, 22 dekabr, AZƏRTAC

Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması layihəsinin icrasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Tbilisidə ilk Forum keçirilib.

Tədbir Gürcüstanın Peşəkar Maliyyəçilər Assosiyasiyası və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin dəstəyi ilə reallaşıb. Forumun iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin büstünü ziyarət ediblər.

Forumun aparıcısı Rəqsanə Şıxıyeva tədbirin tədbirin məqsədi barədə məlumat verdikdən sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin noyabr ayında Bakıda COP 29-un açılış mərasimindəki çıxışının videoyazısı təqdim edilib.

GMİB-in sədri Solmaz Əliyeva layihənin məqsədləri haqqında məlumat verib. Bildirilib ki, tədbirin məqsədi “Yaşıl iqtisadiyyat”ın və ekosahibkarlığın gənclər arasında təbliğatını aparmaq, gənclər tərəfindən ek-sahibkarlığın xüsusiyyətlərinə uyğun biznes təşəbbüslərinin irəli sürülməsi, mümkün biznes imkanlarının müəyyən edilməsi və ətraf mühitə dəyən zərərin azaldılması naminə görülən işlərə dəstək göstərmək, bu istiqamətdə vahid platforma yaratmaqdır.

Daha sonra Forum Azərbaycan və Gürcüstandan olan nümayəndələrin iştirakı ilə panel iclaslarda işini davam etdirib. Müzakirələr zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədri Amin Məmmədov, Tbilisi şəhər Gənclər və təhsil mərkəzinin nümayəndəsi Rezo Həsənov, “SOCAR Georgia”nın meneceri Aygün İsayeva, CSR konsultantı Ana Kuxaleişvili çıxış edərək “günümüzdə yaşıl iqtisadiyyatın əsas prinsipləri və inkişaf perspektivləri, yaşıl sahibkarlıq, ekoloji yönümlü iş modelləri, yaşıl texnologiyalar və innovasiyalar: gələcəyin iş dünyasında rolu, iqlim dəyişiklikləri ilə mübarizədə yaşıl iqtisadiyyatın rolunun artması, ekoloji sahibkarlığın əsas çətinlikləri” mövzularında öz fikirlərini bildiriblər.

Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndələri Pərvanə Cəlallı və Bənövşə Qasımova də iştirak edərək Fondun fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıblar.

Daha sonra forumda yeni yaradılmış Platformanın saytı təqdim edilib. Saytın yaradılmasında məqsəd gənclər arasında yaşıl iqtisadiyyat və ekosahibkarlıq sahələri üzrə beynəlxalq problemlərin, təcrübələrin müəyyən edilməsi, müxtəlif ölkələr ilə təcrübə mübadiləsi, yaşıl iqtisadiyyatın gənclər arasında təbliği, bununla da vahid platformanın formalaşdırılması, həmçinin, bu layihənin davamlılığının təşkil edilməsidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Dekabr 2024 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri