Icma.az
close
up
RU
Yaşıl çayın faydası

Yaşıl çayın faydası

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Bir çox insanlar bilir ki, yaşıl çay çox xeyirlidir. Bu həqiqətən belədir. Yaşıl çayın faydalı xüsusiyyətləri haqqında hətta kitablar yazmaq olar.

Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. Burada hesab edirlər ki, yaşıl çay insanı sağlam və uzunömürlü edir.

Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.

Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir ki, bunun nəticəsində insan orqanizmi intoksikasiya ilə uğurla mübarizə aparır. Bundan əlavə alimlərin fikirinə görə, yaşıl çay güclü mikrob əleyhinə təsirinə malikdir.

Yaşıl çay insanı daha fəal edir, insanın əqli və fiziki aktivliyini artırır, əhval-ruhiyyəsini qaldırır. Məhz bu səbəbdən həkimlər yaşıl çayın axşam vaxtlarında qəbul etməyini məsləhət etmirlər. Bu sizin rahat və tez yuxuya getməyinizə mane olacaq. Əksinə isə səhər tezdən içdiyiniz bir fincan yaşıl çay sizi daha tez "oyadacaq" və əmək qabiliyyətinizi artıracaq.

Yaşıl çay yaxşı sidikqovucudur. Bu onu böyrək, sidik yolları və sidik kisəsi xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca xeyirli edir.

Yaşıl çay yaddaşı və diqqəti möhkəmləndirir, sinir sisteminə müsbət təsir edir, insana depressiyadan çıxmasına yardım edir.

Yaşıl çay bütün mədə-bağırsaq sistemi üçün çox xeyirlidir.

Yaşıl çay insanın ürək damar sisteminə də çox müsbət təsir edir - aterosklerozun əmələ gəlməsinin riskini azaldır, damar və kapilyarları möhkəmləndirir, onları elastik edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır. Yaşıl çay arterial təzyiqini aşağı salır və bu səbəbdən hipotoniyadan (arterial təzyiqin daim aşağı olması) əziyyət çəkən insanlar yaşıl çayı qəbul etməməlidirlər.

İltihab əleyhinə təsirinə malik olan yaşıl çay kariesin və damaqların iltihabının ən yaxşı profilaktikasıdır.

Nəzərinizə çatdıraq ki, yaşıl çayın bütün bu faydalı xüsusiyyətlərindən yalnız onu daim qəbul etdiyi halda faydalanmaq olur.

Yaşıl çay o cümlədən gözəl kosmetik vasitədir. Çay antiseptik xüsusiyyətlərinə malikdir və bu səbəbdən üz dərisində olan xoşagəlməz səpgilərlə mübarizədə kömək edə bilər. Çay dəriyə tonuslaşdırıcı təsir edir. Kosmetoloqlar çayı soyuducuda xırda kublar şəklində dondurmaq və daha sonra isə bu kublarla üzünü silmək məsləhət verirlər.

Yaşıl çay arıqlamağa da kömək edir.

Yalnız yaxşı və keyfiyyətli yaşıl çay insana fayda verə bilər. Keyfiyyətli yaşıl çay isə bahalı məhsuldur. Bu səbəbdən ucuz yaşıl çay almayın. Ən yaxşı yaşıl çaylar Çində istehsal olunan çaylardır. Çində 1,5 mindən artıq yaşıl çayın növləri var. Bunların arasında "imperator" çayları da var. Bu çaylar ən yaxşı və bahalı sayılır.

Çay təzə olmalıdır. Yaşıl çayın maksimal saxlama müddəti - 2 ildir.

Yaşıl çay böyük çini çaydanda dəmlənilir (çini fincanda da dəmləmək olar). Su çox qaynar olmamalıdır. Qaynar su çayın dadını və ətrini "öldürür". Yaşıl çay süzdükdə ona qaynar su əlavə olunmur.

Yaşıl çay qara çay kimi dəmlənilir. Dəmlədikdən 2-3 dəqiqə sonra yaşıl çayı içmək lazımdır. Yaşıl çay yalnız təzə içilməlidir.

Düzgün dəmlənilmiş yaşıl çayın üzərində köpük əmələ gəlir. Bu köpük da xeyirlidir, onu yığmaq lazım deyil.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri