“Yaşıl çəmən” adlı yeni qısametrajlı film layihəsi “Linz Film Talant Akademiyası”nın inkişaf proqramına seçilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 sentyabr, AZƏRTAC
Rejissor və ssenarist Nurlan Həsənlinin inkişaf mərhələsində olan “Yaşıl çəmən” adlı yeni qısametrajlı film layihəsi Avstriyada keçirilən “Linz Film Talant Akademiyası”nın inkişaf proqramına seçilib.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin rejissoru və ssenari müəllifi Nurlan Həsənli, prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn, Əli İsa Cabbarovdur.
“Linz Film Talent Akademiyası”nın əsas məqsədi güclü bədii baxışa malik qısa və debüt tammetrajlı film layihələrinin inkişafına töhfə vermək, onları beynəlxalq kino industriyasına təqdim etməkdir.
Proqrama seçilən iştirakçılar üçün xüsusi ustad dərsləri, mentorluq, beynəlxalq peşəkarlarla görüşlər təşkil olunacaq. Layihələr Linz Film Festivalı çərçivəsində pitçinq müsabiqəsində iştirak edəcək. Proqramın ən mühüm mərhələlərindən biri də Kann Film Festivalında 4 günlük rezidensiyada iştirak etmək imkanıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 16 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















