Azərbaycan Cüdo Federasiyasında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan baş tutub.
İdman.Biz xəbər verir ki, imtahanda 307 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə texniki hazırlıq səviyyəsini nümayiş etdirib. Sınaqları uğurla başa vuran idmançılara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texnikanı daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyasının artmasına xidmət edir. Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin rəsmi qiymətləndirilməsi baxımından mühüm göstərici olmaqla yanaşı, gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün əsas şərtlərdən biridir.
Baxış sayı:98
Bu xəbər 01 Fevral 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















