Icma.az
close
up
RU
“Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

“Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən və “Baku Steel Company” QSC-nin dəstəyi ilə keçiriən “Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələrinin açıqlanması ilə bağlı tədbir keçirilib.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərin xatirəsinə ucaldılmış Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri qoyaraq, dərin ehtiramlarını ifadə ediblər.

UNEC TMİƏT şöbəsinin müdiri, tədbirin moderatoru Rəna Hüseynova açılışda çıxış edərək, elmi müsabiqənin “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC ili” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə keçirildiyini diqqətə çatdırıb.

Sonra UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev müsabiqənin məqsədi barədə məlumat verib. Bildirib ki, müsabiqə ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin akademik heyətini, doktorant, magistr və tələbələri Qarabağın iqtisadi quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasına təşviq etmək məqsədilə keçirilib. O, müsabiqədə elmi istiqamətlərin COP29 kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Təqdim olunan məqalələrdə alternativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın yaşıl iqtisadiyyat və yaşıl enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günəş enerjisindən səmərəli istifadə edilməsi, su mənbələri ehtiyatlarının qiymətləndirilməsi, regionun ekoloji problemlərinin həlli yollarının aktuallıq təşkil etdiyini diqqətə çatdırıb.

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev müsabiqənin əhəmiyyətindən danışaraq, ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından müsabiqəyə 90-a yaxın məqalənin daxil olduğunu bildirib. O, məqalələr toplusunun e-kitab formatında hazırlanacağını və UNEC-in elektron resurslarında yerləşdiriləcəyini qeyd edib.

Tədbirdə iştrak edən millət vəkilləri Vüqar Bayramlı və Tural Gəncəliyev UNEC-də elmi istiqamətdə həyata keçirilən yenilikləri yüksək qiymətləndirərək, bu cür müsabiqələrin tələbələrin və gənc alimlərin elmi fəaliyyətə marağını artırdığını və onların elmi mühitlə tanış olmasına şərait yaratdığını bildiriblər. Həmçinin müsabiqədə əldə olunan nəticələrin Qarabağda ekoloji tarazlığın bərpası və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

“Baku Steel Company” QSC-nin nümayəndəsi Şeyla Hacıyeva isə universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyindən, gənclərin elmi tədqiqatlara cəlb olunmasının stimullaşdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə müsabiqəyə həsr olunan videoçarx nümayiş olunub.

Sonda müsabiqədə hər nominasiya üzrə ilk 3 yerə layiq görülən qaliblərə pul mükafatları verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri