Icma.az
close
up
RU
“Yaşıl Dünyanın Qarabağ Modeli” müsabiqəsi yekunlaşıb

“Yaşıl Dünyanın Qarabağ Modeli” müsabiqəsi yekunlaşıb

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


25 dekabr 2024-cü ildə UNEC-in əsas binasında “Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
Reyting.az
xəbər verir ki, müsabiqəni UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi «Baku Steel Company» QSC-nin dəstəyi ilə reallaşdırıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan olunub. UNEC rektoru bunu rəhbər tutaraq 2024-cü ili «Yaşıl UNEC ili» (Green UNEC) elan edib. Keçirilən müsabiqə də bununla bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədi daşıyıb.
Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Qarabağın iqtisadiyyat quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasının təşviqindən ibarət olub.
Elmi məqalə müsabiqəsinin əsas istiqamətləri kimi:
Qarabağda yaşıl iqtisadiyyat quruculuğunun strateji aspektləri;
Qarabağın yaşıl enerji zonasına çevrilməsi prioritetləri;
Qarabağın təbii ehtiyatlarından səmərəli və qənaət rejimində istifadə edilməsinin aktual problemləri;
Qarabağın ekoloji-iqtisadi sisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətləri;
Azərbaycanın COP29 kontekstində qlobal ekoloji problemlərinin həllində rolunun artması məsələləri götürülüb.
Müsabiqədə baxılan elmi istiqamətlər bu il böyük uğurla Azərbaycanda reallaşdırılan və qlobal iqlim dəyişkilikləri ilə bağlı problemlərə həsr olunan COP29 kontekstində müstəsna əhəmiyyət kəsb edir. Müsabiqə iştirakçılarının təqdim etdikləri məqalələrdə alternativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın yaşıl iqtisadiyyat və yaşıl enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günəş enerjisindən səmərəli istifadə, su mənbələrinin ehtiyatlarının qiymətləndirilməsi, regionun ekoloji problemlərinin həll olunması problemləri və həlli yolları daha çox aktuallıq təşkil edir.
Qeyd edək ki, ümumrespublika elmi məqalə müsabiqəsinin keçirilməsi ilə əlaqədar əvvəlcədən mətbuatda müvafiq elanlar verilib, materiallar dərc olunub və ali təhsil müəssisələrinə məktublar göndərilib. Müsabiqə haqqında məlumatlar UNEC-in saytında yerləşdirilib, sosial media platformalarında təbliğat və təşviqat işləri görülüb.
Müsabiqənin Təşkilat Komitəsinin ünvanına ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından və mərkəzlərindən, müstəqil tədqiqatçılardan 90 məqalə daxil olub. Məqalələrin qiymətləndirilməsi zamanı əsas meyarlara məqalənin adının məzmuna uyğunluğu;
aktuallığı;
elmi məzmunu;
praktikliyi və əsaslandırma dərinliyi müəyyənləşdirilib.
Müsabiqədə iştirak edən müəlliflərin coğrafi dairəsi ölkəmizin əksər universitetlərini və elmi-tədqiqat müəssisələrini, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutu, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Azərbaycan Tibb Universiteti, İqtisadiyyat Nazirliyinin İqtisad Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Dövlət Gömrük Akademiyası, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunu əhatə edib.
Müsabiqənin yekunu olaraq, professor-müəllim heyəti, doktorant, magistr və tələbələr üçün iki nominasiya üzrə hər bir nominasiyada ilk 3 yeri tutanlara pul mükafatları verilib. Bundan əlavə, hər iki nominasiya üzrə 13, cəmi 26 elmi məqalə müsabiqəsi iştirakçısı sertifikatlara layiq görülüblər. Ümumilikdə 80 məqalənin toplu şəkildə elektron - kitab formatında nəşr edilməsi və UNEC-in rəsmi saytında yerləşdirilməsinə qərar verilib.
Tədbirin moderatoru - UNEC TMİƏT şöbəsinin müdiri Rəna Hüseynova bildirib ki, «Yaşıl dünya naminə həmrəylik ili» və «Yaşıl UNEC ili» çərçivəsində təsdiq olunmuş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə UNEC Tədqiqat mərkəzləri tərəfindən bu il ərzində bir çox silsilə tədbirlər təşkil edilib. Bu tədbirlərlə bağlı videoçarx da nümayiş olunub.
UNEC-in elm üzrə prorektoru professor Rövnəq Rzayev tədbirin əhəmiyyətindən, millət vəkilləri Vüqar Bayramov və Tural Gəncəliyev isə Qarabağın yaşıl iqtisadiyyat quruculuğunun iqtisadi-siyasi aspektlərindən xüsusi danışıblar.
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev və “Baku Steel Company” QSC-nin nümayəndəsi Şeyla Hacıyeva universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyindən, gənclərin elmi tədqiqatlara cəlb olunmasının stimullaşdırılmasının əhəmiyyətindən söz açıblar.
Tədbirin sonunda qaliblər mükafatlandırılıb və sertifikatlar təqdim edilib.











Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Dekabr 2024 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri