Icma.az
close
up
RU
“Yaşıl dünyanın Qarabağ modeli” elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb AZƏRTAC

“Yaşıl dünyanın Qarabağ modeli” elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 dekabr, AZƏRTAC

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən və “Baku Steel Company” QSC-nin dəstəyi ilə keçirilən “Yaşıl dünyanın Qarabağ modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələrinin açıqlanması ilə bağlı tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərin xatirəsinə ucaldılmış Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını ifadə ediblər.

Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova açılışda çıxış edərək elmi müsabiqənin “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC ili” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə keçirildiyini diqqətə çatdırıb.

Sonra UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev müsabiqənin məqsədi barədə məlumat verib. Bildirib ki, müsabiqə ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin akademik heyətini, doktorant, magistrant və tələbələrini Qarabağın iqtisadi quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasına təşviq etmək məqsədilə keçirilib. O, müsabiqədə elmi istiqamətlərin COP29 kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Təqdim olunan məqalələrdə alternativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın yaşıl iqtisadiyyat və yaşıl enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günəş enerjisindən səmərəli istifadə edilməsi, su mənbələri ehtiyatlarının qiymətləndirilməsi, regionun ekoloji problemlərinin həlli yollarının aktuallıq təşkil etdiyi diqqətə çatdırılıb.

Elm və innovasiya məsələləri üzrə prorektor professor Rövnəq Rzayev ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından müsabiqəyə 90-a yaxın məqalənin daxil olduğunu bildirib. O, məqalələr toplusunun e-kitab formatında hazırlanacağını və UNEC-in elektron resurslarında yerləşdiriləcəyini qeyd edib.

Tədbirdə Milli Məclisin deputatları Vüqar Bayramlı və Tural Gəncəliyev UNEC-də elmi istiqamətdə həyata keçirilən yenilikləri yüksək qiymətləndirib, bu cür müsabiqələrin tələbələrin və gənc alimlərin elmi fəaliyyətə marağını artırdığını və onların elmi mühitlə tanış olmasına şərait yaratdığını bildiriblər. Həmçinin müsabiqədə əldə olunan nəticələrin Qarabağda ekoloji tarazlığın bərpası və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

“Baku Steel Company” QSC-nin nümayəndəsi Şeyla Hacıyeva isə universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyindən, gənclərin elmi tədqiqatlara cəlb olunmasının stimullaşdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə müsabiqəyə həsr olunan videoçarx nümayiş olunub.

Sonda müsabiqədə hər nominasiya üzrə ilk 3 yerə layiq görülən qaliblərə pul mükafatları verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri