“Yaşıl Enerji Dəhlizi” layihəsinin növbəti mərhələsində “yaşıl hidrogen”in nəqli nəzərdə tutulur
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 30 may, AZƏRTAC
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms arasında görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Almaniyanın enerji sahəsində diversifikasiya, rəqabətqabiliyyətli qiymətlərin təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi siyasəti, eləcə də Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi istiqamətində həyata keçirdiyi kurs çərçivəsində tərəfdaşlığa dair müzakirələr aparılıb. Alman şirkətlərinin Azərbaycanda təxminən 20 layihə üzrə əməkdaşlıq planlarının olduğu, bunların bir qisminin enerji sahəsini əhatə etdiyi qeyd olunub. Kiçik miqyaslı bərpaolunan enerji layihələri, enerji səmərəliliyi, enerji tələbatının idarə olunması istiqamətləri ilə yanaşı, dənizdə külək enerjisinin inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və yaşıl enerji tədarükü üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bildirilib ki, hazırda Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ölkələri arasında həyata keçirilən “Yaşıl Enerji Dəhlizi” ilə elektrik enerjisindən əlavə, növbəti mərhələdə “yaşıl hidrogen”in nəqli də nəzərdə tutulur. Bu dəhlizlə ixrac olunacaq həcmlər gələcəkdə Almaniyanın enerji tələbatını qarşılamaq üçün də istifadə oluna bilər.
Söhbət zamanı hazırda icra olunan digər yaşıl enerji interkonnektorları, dünyada “yaşıl texnologiyalar” və hidrogen sənayesinin inkişafı ilə bağlı da fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















