Icma.az
close
up
RU
“Yaşıl enerji” diplomatiyasının növbəti uğuru

“Yaşıl enerji” diplomatiyasının növbəti uğuru

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan ikinci Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Cari il sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda yeni Bakı İqlim Fəaliyyəti Həftəsi keçiriləcək.  İqlim Həftəsinin proqramına enerji keçidi, davamlı kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması, şəhərlər və tikinti mühiti, elm, texnologiya və innovasiya, davamlı iqtisadi inkişaf, KOB və “yaşıl bacarıqlar”, gənclər və yeni nəsil startaplar, iqlimə uyğunlaşma və dayanıqlılıq kimi əsas mövzular daxildir. Həftə çərçivəsində beynəlxalq konfrans, seminarlar, dəyirmi masalar və mədəni tədbirlər keçiriləcək. Tədbirdə iqlim sahəsində çalışan mütəxəssislər, dövlət qurumları, investorlar və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək.

İqlim dialoqunun yeni səhifəsi

Qeyd edək ki, ilk Bakı İqlim Fəaliyyəti Həftəsi ötən il sentyabrın 30-dan oktyabrın 4-dək keçirilib. Dünyanın müxtəlif ölkələrindən 700 nəfərdən çox  insanın, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçilərin, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərinin bir araya gəldiyi tədbirdə qlobal ekoloji problemlərin həlli ilə bağlı faydalı müzakirələr aparılıb.

Bakı İqlim Fəaliyyəti Həftəsi ötən il Bakıda keçirilən COP29 hədəflərinə uyğun olaraq COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində müəyyən edilmiş prioritetlərin icrasında mühüm rol oynayıb. Tədbir ədalətli və “yaşıl” keçid prosesini asanlaşdırmaq üçün inklüziv iştirak və innovativ həllərin zəruriliyini vurğulamaqla yanaşı, Azərbaycan cəmiyyətində kompleks səfərbərlik səyləri çərçivəsində atılan ilk addım kimi beynəlxalq icma tərəfindən yüksək dəyərləndirilib.

Bakı İqlim Fəaliyyəti Həftəsi həm də ümummilli iqlim dialoqunun başlanğıcı olmaqla, qlobal miqyasda rəsmi qurumları və vətəndaş cəmiyyətini səfərbər etməyə dərin zəmin yaradıb. Ümumilikdə, Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim təqvimində mühüm an kimi tarixə düşüb.

Azərbaycana olan növbəti etimad

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev bildirib ki, bu mötəbər tədbirə növbəti dəfə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə nümunəvi fəaliyyəti ilə bağlıdır. Respublikamız uğurlu “yaşıl enerji” diplomatiyasını yürütməklə geniş həmrəylik platforması yaradıb və ötən il COP tarixində ən mühüm sazişlər Azərbaycan paytaxtında imzalandı, uzun illər əldə edilməyən razılaşmalar burada həllini tapıb. COP-un əsas mövzularından biri maliyyələşmə ilə bağlı yekun nəticəyə nail olunun. İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq koalisiyanın əsas hədəflərindən biri olan iqlim maliyyələşdirilməsi məsələsi də COP29 sammitinə ev sahibliyi edən Azərbaycanın qətiyyəti sayəsində mümkünləşib. Həmçinin, Azərbaycanın səyi ilə aparılan səmərəli danışıqlar və diplomatik uğurların nəticəsində iqlim maliyyəsi siyasətini koordinasiya edəcək beynəlxalq təsisatın - İtki və Zərərə cavab verən Fondun maliyyə büdcəsinin formalaşdırılması və maliyyələşdirmə səlahiyyətləri təmin edilib.

“Yaşıl” keçidlə bağlı yeni fürsətlər

Ötən il keçirilmiş Bakı İqlim Fəaliyyəti Həftəsində irəli sürülmüş təşəbbüsləri  davam etdirmək, əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni imkanları artırmaq, Bakı ilə COP30-a ev sahibliyi edəcək Rio-de-Janeyro arasında iqlim sahəsində tərəfdaşlığı genişləndirmək üçün beynəlxalq səviyyədə iqlim dialoqlarının artırılmasına ehtiyac var. Bütün bu və digər amillər, ələlxüsus da birinci İqlim Həftəsində əldə olunmuş nailiyyətlər beynəlxalq ekoloji təsisatların Azərbaycanı növbəti dəfə planetar tədbirdə ev sahibliyi etməsini məqsəduyğun hesab edib. COP ailəsi arasında iqlim hədəfləri ilə bağlı koordinasiyanı gücləndirmək, ekoloji ambisiyaları artırmaq və bu fəaliyyətə təkan vermək konsepsiyasını inkişaf etdirmək baxımından ikinci Bakı İqlim Fəaliyyəti Həftəsi ötənlki ideyaların irəliyə doğru aparılmasında növbəti addım olacaq. Həmçinin COP30 tədbiri ərəfəsində beynəlxalq ictimai rəyin və ekoloji alyansın liderlərinin iştirakı ilə yerli maraqlı tərəfləri ruhlandırmaq və səfərbər etməkdə mühüm rol oynayacaq.

Toplantı yerli və regional kontekstlərə əsaslanan “yaşıl” keçidlə bağlı müzakirələrin təşviqi üçün yeni fürsətlər və imkanlar baxımından da əlverişli konsept hesab oluna bilər.

Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın yeni təşəbbüslərinin dəstəklənməsi baxımından səmərəli platforma kimi yadda qalacaq. Növbəti Bakı Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək. Azərbaycanın regionda iqlim tədbirlərində lider mövqeyini qoruyacaq və “yaşıl” keçid imkanlarını nümayiş etdirməyə davam edəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri