Icma.az
close
up
RU
"Biz bu musiqini niyə başa düşmürük?"

"Biz bu musiqini niyə başa düşmürük?"

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Aslan Mustafazadə, pianoçu, musiqişünas

Müasir dövr musiqisi haqqında tez-tez həm tələbə, həm də müəllim həmkarlarım sual ünvanlayırlar: “Biz bu musiqini niyə başa düşmürük?” Təbii ki, söhbət akademik musiqidən gedir.

Şəxsən mən bir neçə dəfə Bakıda keçirilən müasir musiqi axşamlarında iştirak etmişəm. Həm Azərbaycan, həm də xarici bəstəkarların əsərlərini dinləmişəm. Lakin həmin musiqiləri bəyənib-bəyənmədiyim barədə konkret cavab verməkdə çətinlik çəkirəm. Bu konsertlərdə elə nümunələr vardı ki, onların ciddi nəzəri sistemə əsaslandığı açıq şəkildə hiss olunurdu. Digər əsərlər isə sanki müəyyən layihə xarakterli, səhnələşdirilmiş tapşırıq formatında idi.

Subyektiv fikrimi deyim: konkret nəzəri müddəalara — yəni “bu olar, bu olmaz” prinsiplərinə əsaslanmayan musiqini, tarixi dövründən asılı olmayaraq qəbul etməkdə çətinlik çəkirəm.

Bir çox bəstəkar və musiqişünas iddia edə bilər ki, bu musiqilərin struktur və nəzəri sistemi mövcuddur. Əlbəttə, özünəməxsus forma və nəzəri əsaslardan danışmaq mümkündür. Bu istiqamətdə Pyer Bulez, Karlhayn Stokhauzen, Arnold Şönberq, Jonatan Kramer və Lev Gakkelin forma və nəzəriyyə haqqında kifayət qədər kitab və məqalələri mövcuddur.


Lakin bütün bunlara baxmayaraq, bu tip əsərlər dinləyicidə daha çox konstruktiv, mexaniki musiqi təsiri yaradır. Qaydaların “qeyri-mövcudluğu" və yaxud başqa cür desək, "olar-olmazlığı” isə bu kompozisiyalar haqqında düşünmək istəyini minimuma endirir.

Müşahidələrim göstərir ki, klassik forma və nəzəri əsasları dərindən bilən bəstəkarların müasir musiqi nümunələri daha qəbulolunan və yadda qalan olur.

Əlbəttə, həm bəstəkarlar, həm də musiqişünaslar arasında qeyd etdiklərimlə razılaşmayanlar olacaq. Buna baxmayaraq, sual açıq qalır:

Bu əsərlər daha çox səhnə və vizual tablo üzərində qurulan layihətəfəkkürlü nümunələrdir, yoxsa müəyyən nəzəri müddəalara və formaya əsaslanan kompozisiyalar?

Şəxsən mən belə əsərləri ciddi analitik təhlilə cəlb etməkdə çətinlik çəkirəm. Əgər yanılıramsa, xahiş edirəm ki, bu istiqamətdə ciddi elmi mənbəyə əsaslanan bir məqalə nümunə göstərilsin.


Beləliklə, bioloji olaraq cılızlaşma prosesi necə baş verirsə, müasir musiqi adı altında da əsl musiqidə müəyyən cılızlaşma müşahidə olunur. Bu isə bir o qədər də xoş hal kim dəyərləndirilmir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Noyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri