Icma.az
close
up
RU
Yaşıl enerji sahəsində mühüm addımlar

Yaşıl enerji sahəsində mühüm addımlar

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

“Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirilməsi olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev tədbirdə çıxış edərək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci dəfədir ki, Bakıda keçirildiyini vurğulayıb. Ölkəmizin başçısı çıxışında həmçinin Azərbaycanın ənənəvi enerji siyasəti ilə yanaşı bərpa olunan enerji strategiyasının əhəmiyyətinə toxunub. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmçinin əlaqələrin yaradılmasında mühüm rol oynadığı önə çəkilib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin də tədbirdə vurğuladığı kimi əsas məqsəd əməkdaşlığın gücləndirilməsi və ümumi səylərin birləşdirilməsindən ibarətdir: “Bu bir reallıqdır ki, əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrini reallaşdırmaq mümkün deyil. Azərbaycan bu xüsusda öz tələbatı ilə yanaşı regional və qlobal miqyasda eibarlı enerji tərəfdaşı kimi güclü mövqeyə sahibdir. Ölkəmizn həmçinin enerji sahəsində etibarlı tərəfdaş və Avropa vacib qaz təchizatçısıdır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi Azərbaycanın qaz təchizatının coğrafiyası bundan sonra da genişlənir. Məhz Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycanın təbii qazının alıcısına çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanın təbii qazı artıq 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Avropa İttifaqının 8-i üzvü məhz Azərbaycandan qaz tədarük edir. Qarşıdakı dövrdə də Azərbaycanın Avropada qaz təchizatının coğrafiyası genişlənəcək.
Cənub Qaz Dəhlizi bu xüsusda ən mühüm layihələrdən biri kimi 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriya hesab olunur. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP – Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi kimi bu gün işləkdir. Azərbaycan Prezidentinin də çıxışında ölkəmizin enerji şəbəkəsinin fəaliyyətinə diqqət çəkərək onların daha da genişlənməsi mesajlarını diqqətə çatdırdı. Avropada olan geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq. Ötən il Bakıda keçirilən COP29-da məhz bu amillər bir daha gündəmə gətirildi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etməklə enerji təminatının qeyri-bərabər paylanmasına qarşı vacib çağırışların edilməsini təşviq etmiş oldu”.
Deputat Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən birinin məhz Cənub Qaz Dəhlizi layihəsinin olduğunu söyləyib: “Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir.
Bu baxımdan da bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı hesab olunur. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib”.
Sevinc Hüseynova Azərbaycanın yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyinin daha da gücləndiyini vurğulayıb: “Təbii ki, ölkəmizin yaşıl enerji strategiyası böyük potensiala malikdir. Azərbaycanın yerləşdiyi təbii coğrafi şərait də buna imkan verir. Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək daxili tələbatı ödəməklə yanaşı Avropaya yaşıl enerji ixracı üçün də böyük imkanlar yaradır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonası” elan edilib. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, su elektrik stansiyalarının modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın bu sahədəki strateji məqsədlərindən biridir. Azərbaycan 2050-ci ilə qədər karbon emissiyalarını minimuma endirməyi hədəfləyib ki, bu da enerji sektorunda bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artıracaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri