Icma.az
close
up
RU
Yaşıl iqtisadiyyatın dayanıqlığı: sertifikatlar təqdim edildi Foto

Yaşıl iqtisadiyyatın dayanıqlığı: sertifikatlar təqdim edildi Foto

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

STİMUL Education & Consulting tərəfindən həyata keçirilən "Azərbaycan Respublikasında yaşıl iqtisadiyyatın dayanıqlığının təmin edilməsi istiqamətində peşə təhsil sisteminin inkişafı" layihəsinin sertifikat təqdimetmə mərasimi keçirilib.

Axar.az xəbər verir ki, bu layihə, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 5-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənmişdir və əsas məqsədi alternativ enerji sahəsində ixtisaslaşmış peşəkar kadrların hazırlanmasıdır. Tədbir, ölkəmizin yaşıl iqtisadiyyatının inkişafını dəstəkləmək və bu sahədə yeni mütəxəssislər yetişdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Layihənin məntiqi yekunu olaraq 40 nəfər kurs iştirakçısına alternativ enerji sahəsində əldə etdikləri bilik və bacarıqlara əsasən sertifikatlar təqdim edilmişdir.

Bu təşəbbüs Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafını dəstəkləmək, ekoloji dayanıqlılığı təmin etmək və müasir əmək bazarına uyğun olaraq bərpa olunan enerji istiqamətində ixtisaslı kadrlar hazırlamaq baxımından mühüm addımdır.

Tədbirin aparıcısı Leyla xanım, iştirakçıları salamlayaraq layihənin Azərbaycan iqtisadiyyatına və yaşıl enerji siyasətinə olan təsirini vurğuladı. O, bərpa olunan enerji sahəsinin əhəmiyyətinin günümüzdə daha da artdığını, bu sahədə yeni mütəxəssislərin yetişdirilməsinin vacibliyini qeyd edərək layihə iştirakçılarının ölkəmizin yaşıl iqtisadiyyatına verdiyi töhfəni, bu gün isə onların bu sahədəki təhsil yolunun nəticəsi olaraq sertifikatlarını aldıqlarını bildirdi. Aparıcı çıxışının sonunda, məzunlara gələcək peşəkar həyatlarında uğurlar arzulayaraq, layihənin həyata keçirilməsində iştirak edən tərəfdaşlara təşəkkür etdi.

Daha sonra, STİMUL Education & Consultingin təsisçisi və direktoru Namiq Veysəl KOBİA təmsilçisini, layihənin həyata keçirilməsində iştirak edən tərəfdaşlara, layihədə əməyi keçənləri və məzunları salamlayaraq, layihənin əhəmiyyətindən bəhs etdi. O, bu təşəbbüsün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın yaşıl iqtisadiyyatının inkişafı üçün nə qədər vacib olduğunu və ölkəmizin alternativ enerji sahəsində kadr hazırlığının əhəmiyyətini qeyd etdi. Namiq bəy iştirakçıların əldə etdikləri bilik və bacarıqların onlara peşəkar uğurlar qazandıracağına və ölkənin ekoloji dayanıqlı gələcəyinə müsbət təsir edəcəyinə inandığını bildirdi. Eyni zamanda özəl-dövlət əməkdaşlığı ilə dual təhsil sisteminin tətbiqi sayəsində ölkəmizin iqtisadiyyatına xüsusi töhvə verilməli olduğunun əhəmiyyətini xüsusi olaraq qeyd etdi.

Namiq Veysəl bu tipli layihələrin davamlı olduğunu və gələcəkdə də oxşar təşəbbüslərin həyata keçiriləcəyini qeyd etdi. O, həmçinin, gənclərin ekoloji sahədəki inkişafının vacibliyini vurğulayaraq iştirakçılara gələcək karyeralarında uğurlar arzuladı. Son olaraq, layihənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkürünü çatdıran Veysəlov, bu cür təşəbbüslərin Azərbaycanın daha yaşıl, ekoloji və iqtisadi cəhətdən davamlı bir gələcək qurmasına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.

Daha sonra tədbirdə iştirak edən qonaqlara söz verildi. KOBİA nümayəndəsi Fariz Bağırov çıxışında Azərbaycanın yaşıl iqtisadiyyat istiqamətində apardığı siyasətə dəstəyin vacibliyini vurğulamış və layihənin dayanıqlı inkişafın təmin edilməsindəki roluna diqqət çəkmişdir.

“Masdar Azərbaycan Enerji” nümayəndəsi Rəcəb Qurbanzadə çıxışında, layihənin bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları yaratdığını və gələcək layihələr üçün nümunəvi bir təşəbbüs olduğunu qeyd etmişdir.

“Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin direktor müavini Orxan Vəliyev öz çıxışında, peşə təhsilində innovasiyaların əhəmiyyətindən danışaraq, layihənin ölkədə mütəxəssis hazırlığına töhfəsini vurğulamışdır.

“Təmiz Şəhər” ASC-nin nümayəndəsi Abbas Eyvazov layihənin ekoloji maarifləndirmə sahəsindəki əhəmiyyətini diqqətə çatdırmışdır.

Layihə iştirakçıları olan məzunlar da öz növbəsində əldə etdikləri biliklərin onların şəxsi və peşəkar inkişafına böyük təsir göstərdiyini, bərpa olunan enerji sahəsində qazandıqları praktiki biliklərin gələcək karyeralarında müsbət rol oynayacağını vurğulamışdılar.

Sonda Layihənin ən aktiv 2 tələbəsinə Günəş enerjisi ilə bağlı simvolik hədiyyələr verilmiş, 40 nəfər məzuna sertifikatlar təqdim edilmişdir.

Məlumat üçün bildirmək istəyirik ki, STİMUL Education & Consulting 25 yanvar 2009-cu ildən fəaliyyət göstərir. Şirkət, təhsil sahəsində müasirlik, peşəkarlıq və keyfiyyəti əsas tutaraq, müxtəlif xidmətlər təqdim edir ki, bunlara fərqli sahələr üzrə təlimlər, ixtisasartırmalar, xarici dil kursları, peşəkar kompüter proqramlarının (İT) tədrisi, xaricdə təhsil, peşəkar inkişaf və digər sahələr üzrə xidmətlər təklif edir.

Şirkətin xidmətləri arasında ictimaiyyətlə əlaqələr(PR), İnsan resursları (HR), marketinq, menecment, mühasibatlıq, biznes, maliyyə, logistika, diksiya, psixologiya, hüquq və digər sahələr üzrə təlimlər, həmçinin ingilis, alman, fransız, ispan, rus dili olmaqla 16 xarici dil üzrə kursları yer alır. STİMUL həmçinin İT sahəsi üzrə - ofis proqramları, proqramlaşdırma dilləri, qrafik dizayn və 3D Dizayn proqramları, məlumat bazalarının idarə edilməsi (data analitika), süni intellet üzrə xidmətlər təqdim edir.

STİMUL Education & Consulting, ölkənin ən böyük və nüfuzlu təşkilatlarının, 11 Bankının, 9 naziriyinin, yüzlərlə dövlət və özəl sektorun aparıcı qurumlarının, təşkilatlarının, şirkətlərinin işçi heyətinin ixtisasartırmalarını həyata keçiririk. Şirkət, bu korporativ müştərilərinin işçi heyətinin inkişafına yönəlmiş xüsusi təlim proqramları təqdim edir. Korporativ müştərilərin ehtiyaclarına uyğun olaraq hazırlanan bu proqramlar, əməkdaşların peşəkar bacarıqlarını artırmaq və təşkilatların ümumi effektivliyini yüksəltmək məqsədini güdür.

STİMUL, hər bir müştərinin spesifik tələblərinə uyğun olaraq xüsusi təlimlər və inkişaf proqramları təşkil edir. Bu proqramlar, korporativ müştərilərin işçilərinin fəaliyyət sahəsi və vəzifə spesifikasına uyğun olaraq hazırlanır. Şirkət, həmçinin korporativ müştərilər üçün iş yerində peşəkar inkişafı dəstəkləyən təlimlər və kurslar təklif edir.

STİMUL, xaricdə təhsil sahəsində də müştərilərinə geniş imkanlar təqdim edir. Onlara beynəlxalq universitetlərdə təhsil almaq, müxtəlif beynəlxalq sertifikat proqramlarında iştirak etmək imkanı verir. Şirkət, müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ və dövlət müştərilərinə xidmət göstərməklə yanaşı, peşəkar tərcümə xidmətləri də təqdim edir.

Əlaqə üçün:

STİMUL Education & Consulting

Telefon: 012 497 75 37

Mobil: 070 297 75 37

Email: [email protected]

Veb-sayt: https://stimul.edu.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri