Icma.az
close
up
RU
Yaşıl iş yerləri və bacarıqların inkişafı sahəsində BƏTlə gələcək əməkdaşlıq müzakirə edilib

Yaşıl iş yerləri və bacarıqların inkişafı sahəsində BƏTlə gələcək əməkdaşlıq müzakirə edilib

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru DOST xidmətləri ilə tanış olub.

COP29 tədbiri çərçivəsində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə təşkil olunan “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə doğru” adlı tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andreslə 5 saylı Bakı DOST Mərkəzində görüş olub. 

Moderator.az xəbər verir ki, görüşdə BƏT-n Moskva Ofisinin direktoru Mixail Puşkin və BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev də iştirak ediblər. Qonaqlar əvvəlcə DOST mərkəzində göstərilən xidmətlərlə tanış olublar. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib.  O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, sosial xidmətlərin “bir pəncərə”dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verən DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurlarını diqqətə çatdırıb. 

Qonaqlar üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib. 

Keçirilən görüşdə ölkəmizin ev sahibliyi etdiyi COP29-un, habelə bu tədbir çərçivəsində yaşıl iqtisadiyyata ədalətli keçidin təmin olunması ilə bağlı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. 

Ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsini qeyd edən S.Babayev Azərbaycanın həmin Təşkilatın 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından artıq 9-na qoşulduğunu vurğulayıb. Qeyd olunub ki, BƏT-lə birgə ötən dövrdə Layiqli Əmək üzrə iki Ölkə Proqramı uğurla icra olunaraq, növbəti Ölkə Proqramının layihəsi hazırlanıb. 

Ötən ay İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzi ilə BƏT-in İtaliyanın Turin şəhərindəki Beynəlxalq Təlim Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalanmasının da əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib. İqlim dəyişikliyi kontekstində, yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı olaraq da bu Təşkilatla əməkdaşlığa xüsusi önəm verildiyi bildirilib.

B.Andres Azərbaycanın əmək və məşğuluq sahələrində aparılan islahatlar prosesində BƏT-lə davamlı və səmərəli əməkdaşlığından məmnunluq ifadə edib.  Görüşdə yaşıl iqtisadiyyata keçidlə əlaqədar yaşıl iş yerləri və bacarıqların inkişafı sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri