Icma.az
close
up
RU
“Yaşıl qardaşlıq” Bakıda keçiriləcək dini liderlərin sammiti hansı mesajı verəcək?

“Yaşıl qardaşlıq” Bakıda keçiriləcək dini liderlərin sammiti hansı mesajı verəcək?

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının sessiyası öz işinə başlayacaq.

Artıq aylardır ki, Azərbaycanın bu mötəbər mərasimə hazırlığı dünya mediasının, ictimi-siyasi, ekoloji fəalların, sosial çevrələrin əsas müzakirə mövzusudur.

Tədbirin hazırlığı üzrə yaradılmış dövlət komissiyası son açıqlamalarında COP29-a hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Ən müxtəlif tədbirlərin, debatların, müzakirələrin, dəyirmi masaların keçirilməsi planlaşdırılır.

Bu sırada Bakıda keçiriləcək dünya dini liderlərinin sammiti mühüm yer tutur. Bu ilin aprelində Prezident İlham Əliyev Müsəlmanlar Ağsaqqallar Şurasının baş katibi Məhəmməd Əbdülsəlam ilə görüşündə dünya dini liderlərinin görüşünün keçirilməsini təklif etmişdi. Prezident İlham Əliyev Azərbaycanın COP29 çərçivəsində dinlərarası dialoqun təşviqinə, o cümlədən dünya dini liderlərinin görüşünün keçirilməsinə dəstək verməyə hazır olduğunu vurğulamışdı.

Bu sammitin keçirilməsində Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadə öz töhfəsini verəcək. QMİ sədri belə mötəbər sammitlərin təşkili baxımdan lazımi təcrübəyə malikdir.

Azərbaycan illərdir ki, dinlərarası dialoqun inkişaf etdirilməsi üçün mühüm səylər göstərir və bu istiqamətdə tədbirlər təşkil edir. Azərbaycanda mədəniyyətlərin, sivilizasiyaların və dinlərin dialoqu ilə bağlı konfrans və sammitlərin təşkili təcrübəsi var.

Artıq neçə illərdir keçirilən və “Bakı prosesi” adını almış mədəni platforma çərçivəsində Humanitar Forumlar böyük maraq doğurur.

Bu sırada Bakıda iki dəfə 2010-cu ildə və 2019-cu ildə keçirilmiş Dünya Dini liderlərin sammitlərini xatırlamaq olar. Həmin zirvə görüşləri dünyanın dörd bir yanından Azərbaycana gələn mötəbər din xadimləri, alimləri üçün ölkəmizin minillik birgəyaşam ənənələrinin yaxından görmək imkanı verdi.

COP29 çərçivəsində keçiriləcək sammitin müzakirə edəcəyi bir sıra istiqamələr mümkündür. Bura “yaşıl dünya” trendinə dini liderlərin töhfələri, iqlim təhlükələrinə qarşı mesajları, o cümlədən islamofobiya ilə mübarizə ola bilər.

Qərb mediasının və bəzi siyasi dairələrin öz məkrli planlarını hər hansı dini terrorizm və ya radikalizmlə əlaqələndirmək cəhdləri açıq görünür. Yaxın Şərqdəki gərginlikdən sonra aydın oldu ki, dini liderlərin daha qlobal forumuna ehtiyac var.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında BMT-nin dinlərarası pavilyonunu və dini liderlərin qlobal sammitini təşkil etmək Müsəlman Ağsaqqallar Şurasına həvalə edilib. Şeyxülislam Allahşükür Paşazadə İslam dünyasının nüfuzlu qurumu olan Müsəlman Ağsaqqallar Şurasının üzvüdür.

17 dini lideri birləşdirən Müsəlman Ağsaqqallar Şurasının üzvləri sırasında Şahzadə Qazi bin Mühəmməd bin Talal, Şeyx Abdullah bin Bəyyah, doktor Abdullah Nassif, doktor Mühəmməd Qureyş Şihab, Şeyx Abdül Rəhman bin Mohammad Əl-Xəlifə kimi tanınmış müsəlman din və dövlət xadimləri yer alırlar.

Bu baxımdan bu mötəbər Şuranın üzvü kimi Şeyxülislam Allahşükür Paşazadənin sammitin təşkilində rolu xüsusilə mühümdür.

Sammitin qrafiki isə çox sıxdır. Zirvə görüşünə 200-dən çox dini liderin gəlişi gözlənilir. Noyabrın 5-dən 7-dək Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə dünya dini liderlərinin, eləcə də alimlərin Qarabağa səfəri nəzərdə tutulub. Noyabrın 13-də ayrıca panel iclası təşkil olunacaq. Azərbaycanda tolerantlıq və multikulturalizm dəyərlərindən bəhs edən nəşriyyat sərgilərində Multikulturalizm Mərkəzinin kitabları və filmləri təqdim olunacaq. COP29 çərçivəsində BMT-nin dəstək verdiyi Dinlərarası Pavilyon təşkil olunacaq.

Bu baxımdan COP29-çərçivəsində bu sammitin təşkili ilə bağlı işlər  dövlət qurumları ilə əlaqəli şəkildə aparılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bir neçə dəfə Şeyxülislam Allahşükür Paşazadə ilə dini liderlərin 29-cu sammiti çərçivəsində keçiriləcək görüşə hazırlıq işlərini müzakirə edib. Sammitlə bağlı texniki və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

QMİ sədri Rusiyada keçirilmiş XX Beynəlxalq Müsəlman Forumunda çıxışı zamanı Bakıda baş tutacaq dini liderlərin sammitini “bütün insanların qardaşlığı devizi altında həyata keçirilən dəyərli təşəbbüs” adlandırıb.

“BMT-nin himayəsi altında və bütün insanların qardaşlığı devizi altında həyata keçirilən bu dəyərli təşəbbüs bütün bəşəriyyət üçün müqəddəs həyat nemətini qoruyub saxlamaq üçün dinlərarası dialoqun və əməkdaşlığın dərinləşməsinə xidmət edəcək”, – deyə Paşazadə çıxışı zamanı bildirib.

Dini liderlərin sammiti bir çox məqamları ilə Azərbaycanın tolerantlıq və multkultural ənənəsinin nümayişi üçün yaxşı imkan olacaq.

Bundan başqa Qarabağ səfər zamanı dini liderlər Ermənistan tərəfindən viran edilmiş əraziləri, mədəniyyət və dini abidələri öz gözləri ilə görəcəklər. Erməni işğalı nəticəsində minlərlə tarix və mədəniyyət abidələri, ziyarətgahlar və qəbiristanlıqlar məhv edilib və talan olunub. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində rəsmi qeydiyyatda olmuş 67 məsciddən 64-ü tamamilə dağıdılıb.

Dini liderlər ölkədə dini icmaların həmrəyliyinin, birgə yaşayışının unikal subutunun şahidi olacaqlar.

Su müharibələri, iqlim miqrantlarının axını, artan sosial gərginlik qlobal istiləşmənin dünya üçün mümkün fəsadlarıdır. İqlim dəyişikliyinin əhəmiyyətini və ona uyğun hərəkət zərurətini anlamaq və bunu cəmiyyətə çatdırmaq ictimai xadimlərin əsas vəzifəsinə çevrilir. Yer kürəsinin bizim hissəmiz, biz də Yerin bir hissəsi olduğumuz anlayışına əsaslanan yeni birlik mədəniyyətinə ehtiyacımız var.

İqlim böhranı həmçinin mənəvi böhrandır. Buna görə də bu problemi həll etmək üçün bütün dünyada dini liderlərin fəal iştirakı tələb olunur. İqlim problemini həll etmək üçün qlobal mənəvi gücləri birləşdirmək əsas məsələyə çevrilir.

Ona görə də müxtəlif dini konfessiyaların nümayəndələri qlobal istiləşməyə qarşı mübarizədə birləşiblər.

Cəmiyyətin bütün sektorlarında iqlim fəaliyyətini gücləndirmək, iqlim dəyişikliyi ilə bağlı cəhaləti aradan qaldırmaq və ekoloji problemlər haqqında məlumatlılığı artırmaq təcili ehtiyaca çevrilir. Bu təşəbbüsün həyata keçirilməsində səmavi dinlər  də mühüm rol oynayır. Din bizə bəşəriyyətin məhdudiyyətlərini xatırladır. Buna görə də iqlim dəyişikliyi problemi də dini problemdir. Onun kökləri məxluqun özünü təmin etmə hüququndan qaynaqlanır. Müxtəlif baxışlarımız olsa da özümüzə və dünyaya xatırlatmaq vacibdir ki, ümumi evimizi müdafiə etməyə borcluyuq.

Bu gün baş verən bir çox münaqişələr ətraf mühiti məhv edən, və xalqları parçalayan bəlaya çevrilib, iqlim miqrasiyası ilə bağlı ciddi problemləri yaradıb. Bu baxımdan dinlərin sülhün qorunmasında xüsusi rol oynayır. Buna görə də qeyri-dövlət aktorları, dini liderlər, ictimai xadimlər iqlim gündəliyinin təbliğində aparıcı rol oynayırlar.

Bakıda keçiriləcək COP29 və Dünya dini liderlərinin sammiti bu problemlərin həlli üçün bəşəriyyətə çağırış edən mötəbər tribuna olacaq.

Aydın ABBASOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Noyabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri