Icma.az
close
up
RU
Yaşlı əhali arasında əmək bazarına inteqrasiya səviyyəsi kifayət qədər aşağıdır EKSPERT RƏYİ

Yaşlı əhali arasında əmək bazarına inteqrasiya səviyyəsi kifayət qədər aşağıdır EKSPERT RƏYİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"2017-ci ildə əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyin tələbinə əsasən, hər il 6 ay olmaqla pensiya yaşı mərhələli şəkildə artırılır. Yəni bu proses texniki və hüquqi baxımdan müvəqqəti tədbir və ya ayrıca qəbul edilmiş qərar deyil, mövcud qanunun tələbi kimi həyata keçirilir və hər ilin əvvəlindən qüvvəyə minir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycanda ümumilikdə pensiya yaşının artırılmasının arzuolunan bir hal olmaması ilə bağlıdır: "Belə ki, orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq — yəni gözlənilən pensiya dövrü — dünya standartları ilə müqayisədə aşağıdır.

Qadınlara münasibətdə də vəziyyət analoji xarakter daşıyır. Ən azı orta statistik göstəricilərin kontekstində müvafiq balansın qorunması üçün qadınlar üçün pensiya yaşı təqribən 60 yaş ətrafında müəyyənləşdirilməlidir. 65 yaş isə kifayət qədər yüksək hədd hesab olunur. Yaş həddinin mərhələli şəkildə artırılması qadınların pensiyaya çıxmaq imkanlarını məhdudlaşdırır və nəticə etibarilə, hər il pensiyaçıların sayının azalmasına səbəb olur.

Bu yanaşma pensiya fondunun maliyyə dayanıqlılığının təmin olunması baxımından əlverişli institusional konfiqurasiya yaratsa da, digər tərəfdən, xüsusilə də mövcud iqtisadi şəraitdə ailə gəlirlərinin alternativ mənbələr üzrə formalaşma imkanlarını məhdudlaşdırır.

Əmək bazarında iştirak edənlərə münasibətdə bu məsələnin müəyyən müsbət tərəfləri də nəzərdən keçirilə bilər. Xüsusilə təhsil və səhiyyə sahələrində çalışan şəxslər arasında müəyyən hallarda yaşa görə pensiyaya çıxmaq arzusu müşahidə olunmur. Bu, əsasən pensiya məbləğinin kifayət qədər aşağı olması ilə bağlıdır. Belə ki, əmək fəaliyyəti ilə müqayisədə pensiyaya çıxdıqdan sonra vətəndaşın gəlirlərində kəskin azalma baş verir. Mövcud inflyasiya şəraiti və iqtisadi dəyişkənlik fonunda insanlar, bir çox hallarda, pensiyaya çıxmaq istəmir və əmək fəaliyyətini davam etdirməyə üstünlük verirlər".

İqtisadçı bildirib ki, cəmiyyətdə elə sosial qruplar da mövcuddur ki, onlar ümumiyyətlə pensiyaya çıxa bilmədikdə hər hansı bir gəlir mənbəyindən məhrum olurlar: "Bu kateqoriyaya daxil olan şəxslər – xüsusilə qadınlar – əmək bazarında iştirak etmədikləri və ya qeyri-rəsmi şəkildə çalışdıqları üçün yaş həddinə çatmalarına baxmayaraq pensiya hüququ əldə etmirlər. Bu isə sosial təminat sistemində ciddi çətinliklər yaradır.

İqtisadi təsirləri baxımından bu vəziyyətin qiymətləndirilməsi müəyyən ehtiyatla yanaşma tələb edir. Çünki Azərbaycanda sosial strukturun xüsusiyyətləri və yaşlı əhali arasında əmək bazarına inteqrasiya səviyyəsi kifayət qədər aşağıdır. Yaş həddində olan əhalinin əhəmiyyətli bir hissəsi faktiki olaraq əmək fəaliyyətində iştirak etmir. Bu isə həm sosial, həm də fiskal baxımdan əlavə çağırışlar formalaşdırır. Bu aspektlər praktik olaraq mövcud deyil və xüsusilə nəzərə alsaq ki, əhəmiyyətli sayda 60 yaşdan yuxarı qadınlar əsasən təhsil, səhiyyə, sosial xidmətlərin göstərilməsi, mədəniyyət kimi sahələrdə çalışırlar. Həmin sahələrin isə əksər halları aşağı əlavə dəyər yaradan sahələrdir. Bu baxımdan, qeyd olunan yaş həddinin artırılmasının nəticəsində ciddi iqtisadi imkanların formalaşması, yaxud əmək bazarında nəzərəçarpacaq təsirlərin idarə olunması kimi nəticələr gözlənilə bilməz.

Burada, əslində, nə baş verir? Qadınlar sadəcə daha gec pensiyaya çıxırlar. Nəticə etibarilə, ailələrin sosial təminat strukturunun formalaşması prosesi də gecikmiş olur. Bu isə ahıllıq dövründə insanların daha çox sosial və iqtisadi çətinliklərlə qarşılaşmasına gətirib çıxarır. Ailə büdcəsinin tərkib hissəsi olaraq pensiya təminatı sisteminin insanların həyat tərzinə təsir imkanları məhdudlaşır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri