Icma.az
close
up
RU
Azərbaycanda orta aylıq əməkhaqqı səviyyəsi nisbətən aşağıdır EKSPERT AÇIQLADI

Azərbaycanda orta aylıq əməkhaqqı səviyyəsi nisbətən aşağıdır EKSPERT AÇIQLADI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanda əməkhaqqı səviyyəsi həm iqtisadi sektorlardan, həm də regional xüsusiyyətlərdən asılı olaraq ciddi şəkildə fərqlənir. Məsələn, paytaxtda orta əməkhaqqı ölkə üzrə orta göstəricidən daha yüksəkdir. Lakin ucqarlara doğru bu göstərici aşağı düşür. Bu fərq hətta eyni sektor daxilində belə müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, orta əməkhaqqı səviyyəsi, dövlət sektoru istisna olmaqla, əsasən özəl sektorda bazar təkliflərinə əsasən formalaşır: "Bu isə həm sahələr, həm də regionlar arasında fərqlərin yaranmasına səbəb olur. Sektorlar üzrə müqayisəyə nəzər salsaq, kənd təsərrüfatı, təhsil və xidmət sahələrində əməkhaqqı ölkə üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır. Əvəzində, maliyyə, informasiya və kommunikasiya texnologiyaları, eləcə də neft sektoru üzrə əməkhaqqı səviyyəsi ölkə ortalamasından xeyli yüksəkdir.

Nəticə etibarilə, beynəlxalq və region ölkələri ilə müqayisədə Azərbaycanda orta aylıq əməkhaqqı səviyyəsi nisbətən aşağıdır. Bu isə ailələrin rifahına təsir baxımından bir sıra çətinliklər yaradır. Məsələn, statistikaya əsasən, Azərbaycanda orta hesabla bir ailə 4,04 nəfərdən ibarətdir. Belə olan halda, hazırkı qiymətlər fonunda paytaxtda bir ailənin minimum yaşayış səviyyəsini qoruması üçün təxminən 2200 manat gəlirə ehtiyacı var. Lakin burada da fərqli amillər mövcuddur. Məsələn, kirayədə yaşayan ailələr və ya öz evində yaşayan ailələr arasında ciddi fərq var. Kirayədə yaşayanlar üçün bu məbləğ daha yüksək – ən azı 2700 manat civarında olmalıdır ki, həm gündəlik xərclər, həm də kirayə haqqı kompensasiya olunsun".

Ekspert qeyd edir ki, regionlarda isə vəziyyət nisbətən fərqlidir: "Burada xərclər daha aşağı olduğu üçün orta statistik göstəricilərə əsasən, 1700–1880 manatlıq ailə gəliri ilə minimum yaşayış səviyyəsini təmin etmək mümkün olur.

Burada ailə gəlirlərini hesablayarkən nəzərə almaq lazımdır ki, rəsmi statistikaya görə ölkədə təxminən hər altı nəfərdən biri muzla çalışan şəxsdir. Eyni zamanda, hər iki nəfərdən biri məşğul əhali kateqoriyasına daxildir. Bu da onu göstərir ki, orta hesabla 4,04 nəfərlik ailədə iki nəfər işləyən olmalıdır. Əgər hər biri paytaxtda yaşayırsa və 1100–1300 manat arası əməkhaqqı alırsa, və ya regionlarda yaşayırsa və 800–900 manat alırsa, ailə xərclərini müəyyən qədər qarşılamaq mümkündür. Lakin ailədə yalnız bir nəfər işləyirsə, bu zaman vəziyyət ciddi şəkildə dəyişir və yaşayış üçün tələb olunan əməkhaqqı daha yüksək olur"- deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri