Icma.az
close
up
RU
Yaşlı hüceyrələri yenidən cavanlaşdırmaq mümkün olacaq

Yaşlı hüceyrələri yenidən cavanlaşdırmaq mümkün olacaq

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Alimlər hüceyrələrin enerji mərkəzləri olan mitoxondriləri yeniləməyin yeni üsulunu tapıblar. "Nanoflower" adlı texnologiya sayəsində sağlam kök hüceyrələrin istehsal etdiyi əlavə enerjinin, zədələnmiş və yaşlanmış qonşu hüceyrələrə ötürülməsi mümkün olub. Bu yenilik, gələcəkdə ürək, beyin və əzələ xəstəliklərinin müalicəsində tamamilə yeni bir mərhələ aça bilər.

Milli.Az xəbər verir ki, insan orqanizmində əksər hüceyrələrin içində yerləşən mitoxondrilər yaş artdıqca sayca azalır, fəaliyyəti zəifləyir və zədələnir. Bu enerji istehsal edən strukturların gücünün düşməsi isə ürək-damar, sinir sistemi və əzələ xəstəliklərinin inkişafına səbəb olan əsas amillərdən biridir.

Yeni tədqiqatda alimlər yaşlanan hüceyrələri nə genetik müdaxilə, nə də dərman vasitələri olmadan aktivləşdirməyin yolunu tapıblar. Biotibbi mühəndis Axileş Gaharvar bu prosesi belə izah edir: "Biz sağlam hüceyrələri elə təlimləndirdik ki, zəifləmiş hüceyrələrlə əlavə enerji ehtiyatlarını bölüşə bilsinlər."

Tədqiqatçılar prosesin aktivləşməsi üçün "Nanoflower" - yəni nano çiçək formasında mikroskopik hissəciklərdən istifadə ediblər. Molybden disulfid maddəsindən hazırlanan bu nano çiçəklər hədəf toxumalarda toplanan zərərli oksigen molekullarını udmaq qabiliyyətinə malikdir.

Bu zərərli molekulların hüceyrə mühitindən təmizlənməsi kök hüceyrələrdə mitoxondri istehsalını artıran genlərin aktivləşməsinə səbəb olur. Nəticədə kök hüceyrələr adi vəziyyətdən dəfələrlə çox enerji istehsal etməyə başlayır.

Kök hüceyrələr təbii olaraq mitoxondri paylaşmaq xüsusiyyətinə malikdir. Lakin nanoflower texnologiyası bu prosesi gücləndirərək laboratoriya mühitində kök hüceyrələrin iki dəfə çox mitoxondri paylaşmasına səbəb olub.

Araşdırmanın əsas nəticələri belədir:

Ürək əzələsindəki hamar əzələ hüceyrələrində həyata keçirilən mitoxondri transferi canlılığı 3-4 dəfə artırıb.

Kimyaterapiyanın zədələdiyi ürək hüceyrələrində belə sağ qalma göstəriciləri xeyli yaxşılaşıb.

Zədələnmiş hüceyrələrin enerji səviyyəsi bərpa olunaraq daha sağlam fəaliyyət göstərməyə başladığı müşahidə edilib.

Alimlər hesab edir ki, bu üsul nəzəri olaraq orqanizmin istənilən bölgəsində yaşlanan hüceyrələri yeniləmək üçün istifadə oluna bilər. Məsələn:

Ürək xəstəliklərində birbaşa ürək əzələsinə, Əzələ kütləsinin azalması (muskulyar distrofiya) kimi problemlərdə birbaşa əzələlərə tətbiq edilə bilər.

Tədqiqatçılardan Con Soukar bu metodun əhəmiyyətini belə dəyərləndirib: "Bu yanaşma çox sayda tibbi vəziyyətdə tətbiq oluna biləcək qədər ümidvericidir və biz hələ yolun başlanğıcındayıq."

Alimlər araşdırmanın erkən mərhələdə olduğunu etiraf etsələr də, əldə edilən nəticələr yaşlanan toxumaları orqanizmin öz bioloji mexanizmləri ilə "yenidən enerji yığmağa" imkan verə biləcəyini göstərir. Əgər bu təbii enerji paylaşma sistemi təhlükəsiz şəkildə dəstəklənə bilsə, gələcəkdə hüceyrə yaşlanmasının bəzi təsirlərini yavaşlatmaq, hətta qismən geri çevirmək mümkün ola bilər.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri