Icma.az
close
up
RU
Yatmazdan əvvəl pendir yeyən qadınlar kabus görür

Yatmazdan əvvəl pendir yeyən qadınlar kabus görür

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi insanlar pendir yedikdən sonra pis yatır. Artıq alimlər bu halın arxasında laktaza çatışmazlığı, yəni süd şəkərinə qarşı dözümsüzlük ola biləcəyini müəyyən ediblər.

Lent.az xarici mediaya istinadən pendirlə yuxunun arasındakı əlaqə barədə məlumat verir.

Gec yeyilən yeməklər yuxuya mənfi təsir edir

İndiyədək gec qidalanmanın yuxuya mənfi təsiri barədə çox danışılırdı, lakin elmi sübutlar az idi. Kanadalı tədqiqatçılar sübut etdilər ki, qidalanma ilə yuxu keyfiyyəti arasında əlaqə var. Xüsusilə də qida intoleransları, o cümlədən laktaza, fruktoza, qlüten və histaminə qarşı dözümsüzlük pis yuxu və kabuslarla əlaqələndirilir.

Tədqiqat 1000-dən çox tələbə arasında aparılıb

Kanadada yerləşən MakYuen Universitetinin 1082 tələbəsi sorğuya cəlb olunub. Onlara yuxularının keyfiyyəti, davamiyyəti, kabuslarla bağlı təcrübələri və yemək vərdişləri ilə bağlı suallar verilib.

40 faiz iştirakçı yeməklə yuxu arasında əlaqə olduğunu düşünür

Təxminən 40 faizdən çox iştirakçı hesab edir ki, gec yeyilən yeməklər və ya müəyyən qidalar onların yuxusuna mənfi təsir göstərir. 22,7 faiz respondent şirin qidaların, 19,5 faiz isə acı yeməklərin yuxularına pis təsir etdiyini bildirib. 15,7 faiz iştirakçı isə süd məhsullarını günahlandırıb.

Qadınlar daha çox kabus görür və qida allergiyası yaşayır

Tədqiqat nəticələrinə görə, qadınlar kişilərlə müqayisədə daha çox kabuslardan şikayətlənir, daha çox qida dözümsüzlüyü və allergiya bildirir və yuxularını daha yaxşı xatırlayırlar. Həmçinin qadınlar kişilərdən iki dəfə çox qida ilə bağlı problem yaşadıqlarını deyiblər.

Laktaza çatışmazlığı kabuslarla əlaqələndirilir

Tədqiqatçılar aşkar etdilər ki, laktaza çatışmazlığı olan insanlar, süd məhsullarından sonra xüsusilə nəzərəçarpacaq dərəcədə az fermentləşdirilmiş pendir və ya digər laktoza tərkibli məhsullardan sonra kabuslar və yuxu pozuntuları ilə qarşılaşırlar. Hətta bəzi hallarda qarın ağrısı, köp və narahatlıq halları da müşahidə olunub.

Digər intoleranslar da oxşar təsir yarada bilər

Laktaza kimi, fruktoza, histamin və qlütenə qarşı dözümsüzlük də yuxuya mənfi təsir edə bilər. Sağlam olmayan qidalanma vərdişləri, bədən ritmlərini pozaraq yuxu keyfiyyətinə də təsir edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri