Icma.az
close
up
RU
Yaxın beş ildə şimal qərb bölgəsində daha 250 hektar qızılgül plantasiyası salınacaq

Yaxın beş ildə şimal qərb bölgəsində daha 250 hektar qızılgül plantasiyası salınacaq

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Zaqatala, 2 iyun, AZƏRTAC

Zaqataladakı qızılgül plantasiyaları 2016-cı ildən fəaliyyət göstərir. İlkin mərhələdə 178 hektar sahədə efir yağlarının istehsalı üçün nəzərdə tutulmuş Dəməşq qızılgülü, 10 hektar ərazidə lavanda və nanə plantasiyaları salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixrac potensialı böyük olan, orqanik tərkibinə görə dünyada seçilən Azərbaycan istehsallı efir yağlarına tələbat ildən-ilə artdığına görə, qarşıdakı beş ildə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fermerlərlə müqavilə əsasında daha 250 hektar qızılgül plantasiyalarının əkilməsi nəzərdə tutulur.

May ayından bəri Zaqatalanın qızılgül plantasiyalarında canlanma hiss olunur. Hər səhər erkən saatlardan başlayaraq yüzlərlə insan qızılgül kollarının ətrafında məhsul yığımına cəlb olunur. Digər aylarda plantasiyada 60-70 nəfər daimi işlə məşğul olursa, mövsüm vaxtı işçilərin sayı 1500-1600 nəfərə çatır. Plantasiyalar damcı suvarma üsulu ilə suvarılır və heç bir kimyəvi dərman-gübrələrdən istifadə olunmur. Zərərvericilərə və alaq otlarına qarşı təbii üsullarla mübarizə aparılması ətraf mühitin və ekologiyanın qorunması ilə yanaşı, bioloji təmiz məhsul istehsalına imkan verir.

Plantasiyada rayonun əksər kənd və qəsəbələrindən gələn briqadalar fəaliyyət göstərir. Kəpənəkçi kəndindən gələn 35 nəfərlik qrupa Nüşabə İsayeva rəhbərlik edir. “Hər gün səhər tezdən, saat 6-dan gəlirik, qızılgül ləçəklərini şehli-şehli dərib müəssisəmizə çatdırırıq. Güllərimiz də yaxşıdır, məhsulumuz boldur. Gün ərzində komanda üzvlərimin hər biri 70-80 kiloqram gül ləçəyi toplayır. Günün sonunda məhsulu təhvil verib, pulumuzu alırıq”, - deyən Nüşabə İsayeva mövsüm boyu iş olduğunu və can-başla çalışdıqlarını bildirir.

Ötən ildən başlayaraq qızılgül plantasiyalarına yaxın ərazidə təcrübə məqsədilə şalfey bitkisi (ada çayı) də əkilib. Dünya parfüm sənayesində şalfey yağı, suyu daha çox istifadə olunur. Gələcəkdə şalfey bitkisi əkininin artırılması nəzərdə tutulur.

Müəssisənin istehsalat sahəsində yalnız qızılgül deyil, lavanda, nanə və digər bitkilərdən efir yağları almaq üçün müxtəlif ölçülü qazanları quraşdırılıb. Yaxın gələcəkdə bitkilərdən ekstraktların alınması üçün istehsalat fabrikinin inşaası da planlaşdırılır.

İstehsalat rəhbəri Təbriz Allahverdiyevin sözlərinə görə, müəssisədəki avadanlıqların köməyi ilə həm də təbiətdə yetişən yovşan, boymadələn, şam ağacı, kəklikotu, rozmarin, razyana, çobanyastığı və digər bitkilərdən efir yağları istehsal edilərək beynəlxalq sərgilərdə nümayiş olunur və potensial müştərilərə təqdim edilir.

Təbriz Allahverdiyev onu da bildirib ki, dünya üzrə ümumi illik qızılgül efir yağı istehsalı 4000–5000 kiloqram civarındadır ki, hazırda bu həcmin 200 kiloqramı Zaqatalanın payına düşür. Hədəf gələcəkdə qızılgül efir yağının istehsal həcmini 330-350 kiloqrama çatdırmaqdır.

Müəssisə dünyada orqanik qızılgül istehsalı üzrə ixtisaslaşan ən böyük istehsalçıdır. Məhsullarını əsasən Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Polşa, İngiltərə, Almaniya, Fransa, ABŞ, Litva və digər ölkələrdən olan şirkətlərə ixrac edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri