Icma.az
close
up
RU
Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: Qəzzada yeni həyat, yoxsa fəlakət?

Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: Qəzzada yeni həyat, yoxsa fəlakət?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Donald Tramp son açıqlamaları ilə dünyada yeni siyasi müzakirələrə səbəb olub. O, sosial media hesabında müharibədən sonra İsrailin Qəzzanı ABŞ-a təslim edəcəyini və Fələstini dünyanın ən gözəl ölkəsinə çevirəcəyini bəyan edib. Bu açıqlama beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə yol açıb və Qəzzanın gələcəyi ilə bağlı ciddi suallar doğurub.Trampın planı təkcə Qəzzanın yenidən qurulması ilə məhdudlaşmır, o, eyni zamanda bölgədən iki milyona yaxın fələstinlinin köçürülməsini nəzərdə tutur. Lakin bu proses etnik təmizləmə kimi qiymətləndirilə bilərmi? Beynəlxalq hüquq çərçivəsində bu cür kütləvi deportasiyaya necə yanaşılacaq? Ukrayna məsələsində Rusiyanın işğalına açıq müqavimət göstərə bilməyən, ancaq Kiyevə dəstək verən Qərb dövlətləri bu dəfə hansı mövqeyi sərgiləyəcək?

Digər mühüm sual isə Rusiyanın bu prosesə reaksiyasıdır. Trampın Qəzza planı Kreml üçün yeni bir fürsət yarada bilərmi? Putin belə bir vəziyyətdə Ukraynadakı müharibəni dayandıracaq, yoxsa ABŞ-ın bu addımlarını əsas gətirərək öz işğalına haqq qazandırmağa çalışacaq? Bu sualların cavabı təkcə Yaxın Şərqin deyil, bütövlükdə beynəlxalq nizamın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Mövzuya münasibət bildirən hərbi eskpert Elxan Şıxalıyev xatırladıb ki, Qəzzadakı son vəziyyətə görə ərazilər  İsrail silahlı qüvvələrinin nəzarəti altına keçib:

“Ərazidə mümkün ola biləcək yaşayış infrastrukturu demək olar ki, tamamilə dağıdıldığı üçün hazırkı mərhələdə Qəzzadan çıxmış əhalinin yenidən ora qayıtması qeyri-mümkündür. ABŞ-ın  prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuyla görüşündə ilk dəfə bu təklifi irəli sürüb ki, Qəzza əraziləri başqa bir qurumun nəzarətinə keçsin, sıfırdan inşa edilsin və bölgədə təhlükəsiz yaşayış məntəqələri formalaşdırılsın. Bu, ABŞ tərəfindən ilk dəfə irəli sürülən təklif olsa da, beynəlxalq ictimaiyyətin reaksiyası dərhal gəlib. Çin, İordaniya və Misir başda olmaqla bir sıra ərəb ölkələri bu plana etiraz ediblər. Onların əsas narahatlığı Qəzzadan çıxarılan təxminən iki milyon insanın taleyidir. Misir və İordaniya açıq şəkildə bildiriblər ki, bu miqdarda qaçqını qəbul etməyə hazır deyillər. Eyni zamanda, Qəzzada fələstinlilər üçün ayrıca dövlətin yaradılmasını dəstəkləyən beynəlxalq institutlar İsrail və ABŞ-ın bu istiqamətdə atdığı addımları tənqid edirlər. Reallıq onu göstərir ki, HƏMAS liderləri də ABŞ prezidentinin bu yanaşmasına kəskin etiraz ediblər və bu planın Qəzzanın fələstinlilərdən tamamilə təmizlənməsi məqsədi daşıdığını iddia edirlər. Münaqişənin həllinə dair beynəlxalq cəhdlər davam etsə də, vəziyyətin yaxın zamanda sabitləşməsi real görünmür”.

Hərbi eskpert qeyd edib ki, HƏMAS ilə Hizbullahın yanaşmaları arasındakı fərqlər və gələcək perspektivlər Qəzza böhranının tamamilə həll olunmuş kimi görünməməsinə gətirib çıxarır:

“ Yəni, əgər indi vəziyyət müvəqqəti olaraq sabitləşdirilsə belə, qarşılıqlı münaqişənin, atəşkəsin pozulmasının və yeni münaqişə səbəblərinin yaranmasının qarşısını tam almaq mümkün olmayacaq. Bu fonda ABŞ -da beynəlxalq reaksiyaları nəzərə alaraq, Qəzzaya yönləndiriləcək vəsaitin bölgədə təhlükəsizliyi təmin etməyə yetərli olub-olmayacağını dəyərləndirir. Məlumdur ki, bu cür planlar həyata keçirildikdə, əsas məsələ yalnız infrastrukturu bərpa etmək deyil, həm də bölgədə sabitliyi təmin edə biləcək siyasi və təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. ABŞ və İsrailin təqdim etdiyi yol xəritəsi məhz bu çərçivədə nəzərdən keçirilir. Ancaq bölgənin ABŞ nəzarətinə keçməsi və bunun təhlükəsizlik zəmanəti olaraq təqdim edilməsi bir çox tərəflər, xüsusilə də ərəb ölkələri tərəfindən birmənalı qarşılanmır. İordaniya, İsrailin müharibə nəticəsində qaçqınların öz sərhədlərinə axın etməsinə və bunun məcburi şəkildə həyata keçirilməsinə qarşı ciddi etiraz edir. Əgər İsrail bu strategiyanı tətbiq etməyə çalışarsa, münaqişənin həllindən çox, onu daha da alovlandırmış olacaq. Bu, regionda yeni gərginliklərin yaranmasına və siyasi institutların sərt reaksiyalar verməsinə səbəb ola bilər”.

Eskpert onu da əlavə edib ki, bu prosesin Rusiya-Ukrayna müharibəsi fonunda baş verməsi və Qəzzada atəşkəsin təmin olunması ABŞ-ın qlobal güc kimi mövqeyini gücləndirmək məqsədinin bir hissəsi kimi də qiymətləndirilə bilər:

“Donald Tramp və Vladimir Putin arasındakı mümkün razılaşmaların bir hissəsi kimi Ukraynada atəşkəsin elan olunması və bununla da ABŞ-ın dünya siyasətində aparıcı rolunu yenidən təsdiqləməsi gündəmdədir. Hazırda Ukrayna müharibəsi ilə bağlı siyasi müzakirələr aktiv fazaya keçib. Bir tərəfdən Ukrayna Kursk istiqamətində irəliləməyə çalışır, digər tərəfdən Rusiya Kiyev və Xarkov istiqamətində hava zərbələrini artırır. Bu isə o deməkdir ki, müharibə hələ də aktiv fazada qalır. Ancaq görünən odur ki, qarşıdakı üç-altı ay ərzində bu siyasi müzakirələrin nəticəsində savaş passiv fazaya keçə bilər. Xüsusilə, Ukraynada seçkilərin keçirilməsi ilə bağlı gözləntilər bu ssenarini daha da gücləndirir. Bu müddət ərzində tərəflərin kimin daha çox güzəştə gedəcəyi əsas müzakirə mövzusu olacaq və mümkün atəşkəs məhz bu güzəştlərin nisbətindən asılı olacaq. Bu baxımdan, ABŞ-ın yeni administrasiyası qlobal böhranların və münaqişələrin idarə edilməsi rolunu daha açıq şəkildə üzərinə götürmüş kimi görünür. Qəzza münaqişəsi, Rusiya-Ukrayna savaşı və digər regional böhranların həlli məsələsində ABŞ-ın tətbiq edəcəyi strategiyalar beynəlxalq münasibətlər sistemində yeni dinamikanın formalaşmasına səbəb ola bilər. Liviyada və digər münaqişə zonalarında əldə edilmiş təcrübələr göstərir ki, ABŞ, əsasən, iqtisadi və hərbi yardımlar vasitəsilə öz təsir imkanlarını artırır. İndi isə həm Qəzzadakı vəziyyət, həm də Rusiya-Ukrayna müharibəsi ABŞ-ın qlobal güc kimi hansı strategiyanı seçəcəyini və bu planların necə icra ediləcəyini göstərmiş olacaq. Qarşıdakı aylarda baş verəcək siyasi proseslər bu istiqamətdə daha aydın mənzərə formalaşdıracaq”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri