Icma.az
close
up
RU
Yaxın Şərqdə yeni geosiyasi mənzərə formalaşır

Yaxın Şərqdə yeni geosiyasi mənzərə formalaşır

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Yaxın Şərqdə fərqli siyasi mənzərə formalaşmağa başlayır - böyük ehtimalla, yeni dünya nizamında Yaxın Şərqdə geosiyasi və geoiqtisadi proseslər məhz region dövlətləri tərəfindən müəyyən olunacaq.  Türkiyə regionda geostrateji güc mərkəzinə çevrilib. Ankaranın həm İraqda, həm də Suriyada sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rolu, Suriyanın ərazi bütövlüyünün təminatına zamin durması və bu ölkənin yenidən qurulmasına töhfələr verməsi, eyni zamanda region dövlətləri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsi istiqamətində nailiyyətləri danılmaz faktlardır.

Sözsüz ki, Türkiyənin Yaxın Şərq strategiyası regionda yeni dövrün başlanğıncını qoymağa istiqamətlənib. İstər diplomatik-siyasi, istərsə iqtisadi-enerji, istərsə də hərbi-təhlükəsizlik baxımından Türkiyənin bu yöndə çabaları öz qığılcımlarını göstərməkdədir.

Mərkəzdənqaçmanın qarşısı alınır

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa və “Suriya Demokratik Qüvvələri”nin (SDQ) başçısı Mazlum Abdi SDQ qüvvələrinin Suriya Ərəb Respublikasının qurumlarına (həm hərbi, həm də mülki) inteqrasiyasını nəzərdə tutan saziş imzalayıblar. Sazişin müddəalarına görə, YPG/ PYD-yə bağlı bütün mülki və hərbi qurumlar, Suriyanın şimal-şərqindəki hava limanları, neft-qaz yataqları, o cümlədən strateji əhəmiyyət daşıyan digər obyektlər yeni Suriya hakimiyyətinin idarəçiliyinə veriləcək. Bölgədə atəşkəs elan olunacaq və PYD/YPG-yə bağlı bütün silahlı qruplar Suriya ordusuna daxil ediləcək. Sazişdə, həmçinin Suriyanın ərazi bütövlüyünün və suverenliyinin zəruriliyi yer alıb.

KİV-lərin məlumatında qeyd olunur ki, “Suriya Demokratik Qüvvələri” ölkənin şimal-şərqində xüsusi idarəetmə statusu əldə edəcək, onlar daxili azadlıqlara malik olacaq, xarici siyasətdə isə Dəməşqdən asılı olacaqdır.

Terrora qarşı əməkdaşlıq güclənir

Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə son açıqlamasında bildirib ki, Ankara İŞİD və digər terror təşkilatlarına qarşı mübarizədə region ölkələri ilə əməkdaşlıq edəcək. Türkiyə, Suriya, İordaniya, İraq və Livan bu məsələdə ortaq razılaşmaya gəliblər. Türkiyə XİN rəhbəri bildirib ki, Türkiyə uzun müddətdir ki, bu mübarizəni öz tərəfində aparır: “İŞİD yalnız bir ölkəyə deyil, bütün regiona zərər vurduğundan, təkbaşına bu qruplaşma ilə mübarizə aparmaq çətindir. Buna görə də bizim üçün birləşmək və güclü bir platforma yaratmaq vacibdir. Bu platformanın yaradılması üçün ilk addımı atdıq və bu birgə əməliyyat mərkəzinin qurulması prosesinin başlanğıcı olacaq”.

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Türkiyə İraq və Suriya daxil olmaqla, bütöv bir regionda terrora qarşı mübarizədə uğurlu siyasət aparıb. “Bildiyiniz kimi, Türkiyə artıq neçə on ildir ki, bölücü terrorun hədəfindədir. Bu illər ərzində Türkiyə terrora qarşı mübarizədə hər zaman prinsipal və aydın xətt izləyib. Nəinki ölkə içində, həm də qonşu bölgələrdə terrora qarşı mübarizədə önəmli addımlar atıb. Hazırda isə biz, yalnız Türkiyə baxımından deyil, bütövlükdə bölgə baxımından da əhəmiyyətli proseslərə şahid oluruq.  Ümid etmək olar ki, bu proseslər öz müsbət sonluğuna varacaq və bölücü terror öz fəaliyyətini dayandıracaq”.

Regional sabitliyə mühüm töhfə

V.Zifəroğlu vurğulayıb ki, Suriyanın yeni hakimiyyəti ilə ABŞ-ın dəstəklədiyi və Suriya Demokratik Qüvvələri arasında əldə edilmiş razılaşma, ölkənin ərazi bütövlüyünün təmin edilməsi və sabitliyin bərqərar olması istiqamətində mühüm bir addımdır. Politoloqun fikrincə, bu addım, həmçinin, ölkədəki müxtəlif etnik və dini qruplar arasında birliyi gücləndirərək, daxili sabitliyin təmin edilməsinə töhfə verəcək: “SDQ-nin Suriya ordusuna inteqrasiyası ölkənin təhlükəsizlik qüvvələrinin birləşdirilməsinə və vahid komandanlıq altında fəaliyyət göstərməsinə şərait yaradacaq. Bu da öz növbəsində, ölkədəki təhlükəsizlik vəziyyətinin yaxşılaşmasına və terror qruplaşmalarına qarşı mübarizənin effektivliyinin artmasına səbəb olacaq. Razılaşma, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb və Suriyanın yenidən qurulması prosesinə dəstək verilməsi üçün zəmin yaradır. Almaniya və Fransa kimi ölkələr, Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Ümumilikdə, bu razılaşma, Suriyanın ərazi bütövlüyünün təmin edilməsi və ölkədə sabitliyin bərqərar olması istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilir”.

Risklər

Politoloqun sözlərinə görə, ABŞ-ın birbaşa vasitəçiliyi ilə baş tutan bu razılaşma qısa müddətdə müəyyən stabillik yaratsa da, uzunmüddətli perspektivdə ciddi risklərə səbəb ola bilər: “SDQ daxilində fərqli qrupların olması bu razılaşmanın icrasını çətinləşdirə bilər. Əgər razılaşma SDQ-yə kifayət qədər siyasi və ya iqtisadi üstünlüklər verməzsə, bu, təşkilat daxilində parçalanmalara gətirib çıxaracaq”.

Son zamanlarda Türkiyə, İraq, Suriya və digər ərəb ölkələri arasında İŞİD və digər terror qruplaşmalarına qarşı vahid və koordinasiyalı mübarizə aparmaq üçün əlverişli şərait formalaşmağa başlayıb.

Region dövlətləri Türkiyə ilə hesablaşır

V.Zifəroğlu bildirib ki, martın 8-də İordaniyanın paytaxtı Əmmanda Türkiyə, İordaniya, İraq və Suriyanın xarici işlər və müdafiə nazirləri, baş qərargah rəisləri, həmçinin kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib: “Görüşdə təhlükəsizlik, terrorizmlə mübarizə və regional əməkdaşlıq barədə müzakirələr aparılıb. Bu toplantıda İŞİD və digər terror qruplaşmalarına qarşı birgə əməliyyat mərkəzinin yaradılması qərarı da verilib. Eyni zamanda Türkiyə və İraq arasında hərbi, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə Ankarada yüksək səviyyəli təhlükəsizlik danışıqları aparılıb və nəticədə tarixi bir anlaşma imzalanıb. Bu anlaşma, iki ölkə arasında ortaq təhlükəsizlik koordinasiya mərkəzinin yaradılmasını və ortaq təlim və əməkdaşlıq mərkəzinin qurulmasını nəzərdə tutur,” - deyən V.Zifəroğlu əlavə edib ki, Türkiyə Suriyanın ordu quruculuğu prosesinə də birbaşa dəstək verəcək: “Bütün bu məqamlar həm qardaş ölkənin bölgədə ciddi nüfuzundan, həm də Yaxın Şərq regionunda terrorizmlə mübarizədə ölkələr arasında koordinasiyalı və birgə fəaliyyətin gücləndirilməsindən xəbər verir”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri