Icma.az
close
up
RU
Yaxın Şərqdə ölüm dirim savaşı: İran müharibəni şaxələndirmək istəyir

Yaxın Şərqdə ölüm dirim savaşı: İran müharibəni şaxələndirmək istəyir

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hərbi ekspert: ““İraqdakı şiələr, türkmənlər və Suriyadakı türkmənlər müharibəyə cəlb olunarsa, bu, son dərəcə qanlı bir savaşla nəticələnəcək”

“İran - İsrail/ABŞ müharibəsi gözlənildiyi kimi tərəflərin bir-birinə ağır zərbələri ilə davam edir. ABŞ və İsrail İranın paytaxtını, rəhbər şəxslərini hədəf alır; hərbi obyektlərə raketlərdən və aviabombalardan zərbələr endirir. İran tərəfi isə Fars körfəzindəki ABŞ-ın və digər Qərb ölkələrinin hərbi bazalarını, İraq Kürdüstanını və İsraili hədəfə alıb. Bunu qeyd etməsəm, irad tutula bilər: ABŞ və İsrail hərbi əməliyyatlar zamanı təkcə hərbi obyektləri yox, eyni zamanda, mülki obyektlərə də zərbələr endirib. Qızların oxuduğu məktəbin vurulması danılmaz faktdır. İsrail ərazisində də mülki obyektlərin vurulması barədə faktlar var”.

Bu sözləri hərbi ekspert Səxavət Məmməd Yaxın Şərqdəki gərginliklə bağlı yazdığı analitik məqaləsində qeyd edib. Onun sözlərinə görə, İranın məqsədi təkcə İsrail və ABŞ-a cavab vermək yox, eyni zamanda, müharibəni şaxələndirməkdir: “Müharibəni şaxələndirmək nəyə lazımdır? Əvvəla qeyd edim ki, İran endirdiyi zərbələrlə nəinki ərəb ölkələrini, eyni zamanda, Yunanıstanı, Böyük Britaniyanı, Fransanı da proseslərə qoşub. Təbii ki, adı çəkilən ölkələr İrana hücum etmir. Misal üçün, Fransa imzaladığı müqavilələr səbəbindən ərəb ölkələrini müdafiə edir. İran Hizbullahı prosesə qoşmaqla ABŞ və İsrailin gücünü parçalamağı hədəfləyir. Belə ki, İsrail tərəfi məcburiyyətdən Livana qarşı hərbi əməliyyatlar həyata keçirir. Qolan təpələri istiqamtinə isə əlavə qüvvə toplayır. Eyni zamanda, hazırkı Suriya hakimiyyəti “Hizbullah”dan gələ biləcek təhlükəni önləmək üçün Livan sərhədinə minlərlə raket və canlı qüvvə cəmləyib və bunu da narkotiklə mübarizə adı altında həyata keçirdiyini bəyan edir. Dolayısı ilə, İran bu məsələdə istədiyinə nail olmağa  desək axtarqırı, yanılmarıq”.

“Müharibənin ilk günü qeyd edirdim ki, İranın Ərbili vurmasının əsas səbəblərindən biri kürd qruplaşmalarına verilən mesaj idi, həm də İraqdakı şiə qruplarını aktivləşdirməyə xidmət edirdi. Yeri gəlmişkən, bəzi kürd qrupları İran sərhədini keçməyə cəhd edib və onların dronlarla, minaatanlarla sıradan çıxarılması yönündə video görüntülər yayılıb. ABŞ tərəfinin də kürd qruplarını silahlandıracağı yönündə iddialar var. ABŞ-ın onsuz da buna gedəcəyi gözlənilən idi. Ona görə də İran qabaqlayıcı addımlar atırdı. Qeyd edirdim ki, bu müharibə uzun müddət kontaktsız şəkildə davam edə bilməz. Quru əməliyyatları olacaqsa, bu mütləq şəkildə İraq ərazisində olacaq. İraqda kürd qrupları da, şiə qrupları da kifayət qədər güclüdür. İndidən quru əməliyyatlarının son dərəcə ağır olacağını təxmin etmək mümkündür. Əgər kürd qrupları hərəkətə keçərsə və təhdid yaranarsa, onlara qarşı Türkiyənin prosesə qoşulmaq ehtimalı var. Nəzərə almaq lazımdır ki, kürd problemi Türkiyə, Suriya və İraqın ortaq problemidir”, - S.Məmməd əlavə edib.

Hərbi ekspert vurğulayıb ki, “Kürd qrupları İran daxilində hansısa problem yarada bilərmi?” sualına cavab belədir: mümkün variantdır: “Ancaq onu da qeyd etməkdə fayda var ki, İran Müdafiə Nazirliyinin quru qoşunları, SEPAH, SEPAH-a bağlı bəzi korpuslar və sayı milyondan çox göstərilən "Bəsic"lər var. Faktiki, İranın canlı qüvvələri hazırda fəaliyyətsizdir. Onların döyüşlərə hazırlaşdığı ehtimalı yüksəkdir. Ərazisi böyük olan ölkələrin manevr imkanları da çox olur. Ona görə də İran daxilinə münaqişənin sıçraması ilə prosesin kontroldan çıxma ehtimalı yüksək görünmür. Ancaq İraqdakı şiələr, türkmənlər və Suriyadakı türkmənlər də müharibəyə cəlb olunarsa, bu, son dərəcə qanlı bir savaşla nəticələnəcək”.

“Müharibədən əvvəl Hindistan Baş nazirinin İsrailə səfər etməsi, ardınca “Taliban”ın Pakistan sərhədində aktivləşməsi onu göstərdi ki, ABŞ və İsrail "Taliban kartı"ndan da istifadə etmək istəyib. Ancaq Pakistanın ağır zərbələri “Taliban”ı susqunluğa məhkum etdi. Reallıq ondan ibarətdir ki, “Taliban” İran sərhədində də aktivləşə bilər. Hesab edirəm ki, İran üçün, dolayısı ilə Pakistan üçün ən böyük baş ağrısı “Bəluc”lar ola bilər. Hindistan-Pakistan arasında toqquşma baş verərsə və “Bəluc”lar da aktivləşərsə, bunun əvvəlcədən ssenariləşdirildiyi ortaya çıxacaq. “Bəluc”lar isə təkcə İran və Pakistanın yox, eyni zamanda, Əfqanıstanın da əsas problemidir. Bu məsələ aktivləşərsə, ABŞ və İsrail də İranın qüvvələrini parçalamış olacaq. Yəni eyni zamanda, həm kürd qrupları, həm də “Bəluc”larla döyüşmək məcburiyyəti yaranacaq”, - ekspert əlavə edib.

S.Məmməd bildirib ki, ABŞ və İsrailin əlində kifayət qədər güclü raketlər, aviasiya vasitələri və HHM sistemləri var: “Ancaq geridə qalan günlər onu göstərdi ki, İran təkbaşına hər iki ölkə ilə başa-baş savaş apara bilir. Nəinki başa-baş savaş aparır, müharibəni də şaxələndirir. Əsas məsələ odur ki, İran öz coğrafiyasında döyüşür. Sual yarana, yaxud irad tutula bilər ki, İranın ali dini lideri, ordunun strateji postda oturan 40-dan çox rəhbər şəxsi öldürüldü. Nəticə var? Bu, müharibənin seyrini, gedişini dəyişibmi? Qətiyyən. Ümumiyyətlə, Şərqlə Qərbin müharibə fəlsəfəsi fərqlidir. Şərqdəki müharibələrdə insanlar öləndə "şəhidlik" statusu qazanır. Yəni ölməyə hazır olan, cənnətə gidecəyini düşünən insanı ölümlə təhdid etmək nə qədər məntiqlidir? Hesab edirəm ki, ABŞ və İsrail eynən Rusiyanın Ukraynada qısa müddətdə nəticə əldə edəcəyini düşündüyü kimi prosesə başladılar. Bunu yazmağımın müəyyən səbəbləri var. Artıq ABŞ okeanın o üzündən sursatlar daşımağa başlayıb. Deyənlər olacaq ki, burada anormal heç nə yoxdur. Bəli, onsuz da bunun anormal olduğunu yazmıram. Yəni bir əməliyyat planlananda nə qədər sursatdan, hansı silahlardan istifadə ediləcəyi əvvəlcədən müəyyən edilir. Yeri gəlmişkən, 12 günlük İran-İsrail toqquşmasının 9-cu günündən etibarən İsrail tərəfi helikopterlərlə İran dronlarını "ovlamağa" başlamışdı. Biz yazanda ağız əyirlər, Qərbin analitikləri də bunu HHM sistemlərinin raketlərinin tükənməsi ilə əlaqələndirirdilər. Artıq İsrail İran dronlarının ovuna müharibənin 3-cü günündən helikopterlərlə çıxmağa başlayıb. İsrail də fərqindədir ki, proses uzanacaq”.

“Hesab edirəm ki, İranın müqaviməti artdıqca və davam etdikcə, ABŞ və İsrail tərəfi yeni şeylər düşünmək məcburiyyətində qalacaqlar. Əlavə olaraq qeyd edim ki, ABŞ-nin kürd qruplarını aktivləşdirməsi məsələsi də bir növ "tükənmə" ehtimalı ilə bağlıdır. Qeyd etdiyim kimi, sursat tükənməyən sərvət deyil. Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO-nun keçmiş baş katibi dəfələrlə bildirmişdi ki, onların anbarları boşalır. Avropanın bir neçə ölkəsi də bunu etiraf etmişdi. Patriot raketləri ilə bağlı ABŞ-nin açıqlamaları məlumdur. Ona görə də bəluc, taliban və kürd faktoru əsas karta çevriləcək. Müharibədən öncə də dəfələrlə yazırdım ki, İran Hörmüz boğazını bağlayacaq. Bir çoxları buna istehza ilə yanaşırdı, "Çinə görə etməz" deyirdi. Bu insanlar bir şeyi anlamır ki, ölüm-dirim savaşına girən ölkə hansısa ölkənin iqtisadiyyatını düşünməz”, - hərbi ekspert yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Mart 2026 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri