Icma.az
close
up
RU
Yaxın Şərqdə vəziyyət dəyişir: ABŞ və Rusiya üçün hansı risklər mövcuddur? İLGİNC SSENARİ KONKRET

Yaxın Şərqdə vəziyyət dəyişir: ABŞ və Rusiya üçün hansı risklər mövcuddur? İLGİNC SSENARİ KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İsrail ordusu bu gün Suriyanın cənubunda, xüsusilə Suveyda şəhəri ətrafındakı hökumət qüvvələrinin mövqelərinə hava hücumlarını davam etdirəcəyini açıqlayıb. Ordunun rəsmi sosial media hesabında yayımlanan məlumata görə, son saatlarda Suriya ordusuna məxsus zirehli texnika və atəş mövqeləri hədəfə alınıb və məhv edilib. Bildirilib ki, vurulan zirehli maşınlar ağır pulemyotlar və digər silahlarla təchiz olunmuşdu. Hədəflər arasında silah anbarları və digər hərbi obyektlər də olub.

İsrail ordusu eyni zamanda bölgədəki mülki druz əhalisinin vəziyyətini yaxından izlədiyini və əməliyyatların İsrail hökumətinin göstərişlərinə əsasən davam etdirildiyini vurğulayıb.

Maraqlıdır, bu hücumlar bölgədə İran və İsrail arasında birbaşa qarşıdurma riskini artırırmı? Hücumların fonunda Rusiya və ABŞ-ın bölgədəki mövqeyi necə dəyişə bilər?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İsrailin bu addımları bölgədə təhlükəli tendensiyaların yaranmasına səbəb olar:

“Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ayrı-ayrı dövlətlər Suriyadakı mövcud vəziyyəti dəyərləndirərək humanitar yardımlar göndərdi və müvəqqəti keçid hökumətinə dəstək verdi. Hazırkı proseslər isə çox təhlükəlidir. İsrail Suriyada druzların hüquqlarını qorumaq və bölgədəki təsir gücünü artırmaq məqsədilə hərbi əməliyyatlara başlayıb. İran-İsrail arasında baş verən 12 günlük müharibədən sonra İsrail bölgədəki maraqlarını gücləndirmək üçün yeni addımlar atır. Bu həm İrana, həm də husilərə və HƏMAS-a qarşı mübarizənin davamı kimi qiymətləndirilər.”

İlyas Hüseynov qeyd edib ki, bölgədə Türkiyənin də qalıcı maraqları var və Ankara bu prosesləri diqqətlə izləyir:

“ABŞ, NATO, İsrail və Türkiyə arasında qarşıdurmaların yaranmaması üçün müxtəlif çəkindirici mexanizmlər mövcuddur. Azərbaycan da sülhün təmin olunması üçün vasitəçilik imkanlarını təklif edib. Suriya məsələsində Türkiyə ilə İsrail arasında konstruktiv danışıqlar aparılıb. Hazırda ABŞ, kollektiv Qərb və Rusiyanın bu proseslərə daxil olması yeni hərbi qarşıdurma riskini artırır. Yerli əhali arasında isə məzhəb ayrı-seçkiliyi zəminində qarşıdurma meyilləri güclənir ki, bu da idarəolunmaz vəziyyətə gətirib çıxarır.”

Politoloq hesab edir ki, bu gərginlik beynəlxalq diplomatik səylərlə tənzimlənməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see151

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri