Icma.az
close
up
RU
Yaxın Şərqin ürəyində diplomatik döyüş: Kim eşidir, kim susur?

Yaxın Şərqin ürəyində diplomatik döyüş: Kim eşidir, kim susur?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya xəritəsində Qəzza probleminin simvolik çəkisi getdikcə artır. Münaqişə bir tərəfdən dərin insan faciəsini, digər tərəfdən isə böyük geosiyasi maraqların toqquşduğu mürəkkəb bir labirinti əks etdirir.

Bu mürəkkəb şəraitdə Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti sadəcə diplomatik görüş deyil, həm də beynəlxalq münasibətlər sistemində mövqelərin açıq şəkildə nümayişidir. Hər bir dövlətin sammitdə iştirak edib-etməməsi, tutduğu mövqe və verdiyi mesajlar bu mürəkkəb münaqişənin gələcək istiqamətini müəyyən edən göstəriciyə çevrilib.

Sammitdə iştirak edən dövlət liderləri beynəlxalq ictimaiyyətə aydın bir siqnal göndəriblər. Bu siyahı göstərir ki, kimlər sülhün, ədalətin və dayanıqlı həllin tərəfdarıdır, kimlər isə bölgədə sabitliyin bərpasında fəal rol oynamaq niyyətindədir. Hər bir liderin mövqeyi təkcə diplomatik protokol çərçivəsində deyil, həm də onun geosiyasi strategiyasının və milli maraqlarının ifadəsidir.

Qəzzadakı sammitdə iştirak edən dövlətlərin siyahısı hansı geosiyasi mesajları verir? Görüşdə iştirak etməyən ölkələr münaqişənin həllinə münasibətlərini necə nümayiş etdirirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi analitikSahil Kərimli bildirib ki, Qəzzada sülhün bərpası məqsədilə keçirilən sammit böyük əhəmiyyət daşıyır:

“Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti də sammitə dəvət olunub. Bu, Azərbaycanın geosiyasi proseslərdə tutduğu mühüm mövqeyi və beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Son illərdə ölkəmizin sülh və təhlükəsizliyə verdiyi töhfələr, həmçinin beynəlxalq forumların Azərbaycanda təşkili bu nüfuzun bariz sübutudur”.

Sahil Kərimli: İran və digər boykot edən ölkələr öz maraqlarını güdür

Analitikin sözlərinə görə, Qəzzada sülhün əldə olunması istiqamətində ABŞ və Türkiyə xüsusi fəallıq nümayiş etdirirlər. Bu fonda Azərbaycanın dəstəyi və təşəbbüsləri də diqqətdən kənarda qalmır. Sammitdə dünyanın aparıcı ölkələrinin iştirakı Azərbaycanın beynəlxalq müstəvidə güclü mövqeyə malik olduğunu bir daha göstərir.

“Digər tərəfdən, bəzi dövlətlərin, xüsusilə İranın tədbirdə iştirak etməməsi diqqət çəkir. Lakin bu, yalnız İrana aid deyil – bir sıra ölkələr sammiti boykot edib. Bu, xoş hal deyil. Çünki biz bu gün ədalət və dayanıqlı sülhdən danışırıq. Qəzzada baş verən qan tökülmələrinin, qarşıdurmaların və dağıntıların qarşısını almaq üçün dünya birgə səylər göstərməlidir”, – deyə Kərimli vurğulayıb.

Sonda o qeyd edib ki, hər bir ölkə bu məsələdə öz milli və dövlətçilik maraqlarını rəhbər tutur:

“İran və digər boykot edən dövlətlər öz maraqlarını önə çəkirlər. Lakin bu, sammitin boykot edilməsini əsaslandırmır. Əksinə, beynəlxalq birlik bu kimi təşəbbüslərə dəstək verməli və sülh prosesinə birgə töhfə göstərməlidir”.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri