Icma.az
close
up
RU
Yaxın Şərqin yeni aktoru: Ölkəmizin xarici siyasətinin keyfiyyətcə yeni mərhələsi

Yaxın Şərqin yeni aktoru: Ölkəmizin xarici siyasətinin keyfiyyətcə yeni mərhələsi

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın beynəlxalq siyasi aktor olaraq həyata keçirdiyi xarici siyasət artıq regional hüdudları aşır. Rəsmi Bakının 2020-ci ildə əldə etdiyi hərbi qələbədən sonra sahibləndiyi orta güc statusu hesabına Yaxın Şərq-Cənubi Qafqaz-Türk dünyası vektoru üzrə nüfuz dairəsini genişləndirməsi hamı tərəfindən qəbul edilən geosiyasi reallıqdır. Xarici siyasətin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini nümayiş etdirən ən azı iki amil var ki, rəsmi Bakının reallaşdırdığı hazırkı kursun əsas vizit kartları qismində çıxış edir:

- Ərazisinin böyük-kiçikliyindən, dünyadakı yeri və rolundan, habelə siyasi və iqtisadi potensialından asılı olmayaraq, istənilən dövlətlə bərabərhüquqlu münasibətlərə malik olmaq;

- Təmsil etdiyi bölgənin siyasi və coğrafi hüdudlarını aşaraq transmilli oyunçuya çevrilmək.

Son bir həftə ərzində Prezident İlham Əliyevin liderlik etdiyi Azərbaycan üzərinə gəldiyimiz hər iki amilə dair geosiyasi master-klas nümunələrini sərgiləməyə müvəffəq oldu.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Alman "pedantizm"i və Azərbaycanın siyasi korrektəsi

Aprelin ilk günlərində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistan və Azərbaycana səfərinin yekunları Berlində "uğurlu voyaj" olaraq qiymətləndirilməyə də bilərdi. Yüksək pedantlıqla seçilən dəqiq almanların yol verdikləri kobud səhv Ştaynmayerin prezidentlik karyerasının xarici siyasət sahəsindəki fəaliyyətinə silinməz ləkə salardı. Rəsmi Berlinin prezidentin Qafqaz turu ilə bağlı etdiyi paylaşımda "səhvən" erməni separatçılarının "dövlət simvolu"nu əks etdirən fotoya müraciət etməsini bəlkə də hansısa dövlət, məsələn, elə Ermənistanın özü həzm edə bilərdi. Ancaq bu hadisə Azərbaycan tərəfindən nə "təsadüf", nə də "texniki səhv" kimi qəbul edilə bilməzdi. Berlin öz səhvini düzəltməli idi və buna məcbur da edildi. İrəvanda toy-bayram və yeni ümidlərə yol açan "təsadüf" dərhal aradan qaldırıldı və bu kimi hallar nə tələb edirsə, o da oldu: Berlin Bakıdan üzr istədi. Azərbaycanı dünya oyunçusuna çevirən amillər məhz bunlardır: qətiyyət və iradə. Dövlət məhz bu keyfiyyətləri ilə ciddiləşir və qəbul edilir.

Şübhə yoxdur ki, almanlar bu səhvlərini Bakının misilsiz pressinqinin nəticəsində redaktə ediblər. Özü də nəinki redaktə ediblər, həm də Azərbaycandan üzr istəyiblər. Almaniya prezidentinin Bakı səfərinin Berlinin buraxdığı səhvə görə təxirə salınması Ştaynmayerin şəxsi uğursuzluğu ilə yanaşı, ölkəsinin regional səylərinin kollapsı anlamına da gələ bilərdi: Avropanın Tbilisiyə qarşı ədalətsiz və haqsız təzyiqləri fonunda Almaniyanın ənənəvi regional tərəfdaşı olan Gürcüstanı itirməsi ilə müşayiət olunan Qafqaz fiaskosu daha dərin quyuya düşə və prezident turu cəmi bir dövlət - regional autsayder olan Ermənistanla məhdudlaşa bilərdi. Bu baxımdan, rəsmi Bakının haqlı inadı bir növ Berlinin özü üçün də xilas əlinin uzadılması oldu.

Şah və mat

Azərbaycan diplomatiyasının bu cəsarətli addımı dövlətimizin dünya siyasətindəki çəkisinin göstəricisidir. ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda forumda çıxışı zamanı dövlət başçısının bu məqama toxunması baş verənlərin təfərrüatına dair beynəlxalq ictimaiyyətin məlumatlandırılması ilə yanaşı, həm də dünya mediası və ekspert camiəsinin məsələyə olan marağının göstəricisi idi: "Bunu görəndə hamımız çox təəccübləndik. Düzünü desəm, mən həmişə olduğu kimi, maksimum səmimi olmağa çalışıram, bunun səhv olduğunu düşünmək bizim üçün çox çətin idi. Çünki Almaniya çoxillik dövlətçilik ənənələri olan bir ölkədir və bütün atributlara diqqətlə yanaşılır. Bu, təkcə separatçıların bayrağı olan bayraq deyildi, artıq ölmüş separatçı qurumun bayrağı idi və orada əlavə bir şərh var idi - "Dağlıq Qarabağ" adını gördük. Ona görə də həmin bəyanatda o ifadənin yer almasını Azərbaycana qarşı təhqir hesab edirik. Biz bunu çox ciddi qəbul etdik və düzünü desəm, bizim hərəkət etməyimiz üçün bir neçə variant mövcud idi. Əgər üzrxahlıq olmasaydı, yəqin ki, səfərin vaxtı dəyişdirilə bilərdi".

Yaxın Şərqin yeni aktoru

Təqribən bir ay öncə ABŞ-nin yəhudi icmasının nüfuzlu üzvləri Prezident Donald Trampa müraciət edərək "Avram razılaşmaları"nı Azərbaycanın hesabına genişləndirməyi təklif etdilər. Bu razılaşma Trampın birinci hakimiyyəti dövründə Vaşinqtonun səyləri nəticəsində bir sıra ərəb dövlətləri ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasına dair sazişlərdən ibarətdir. Bəs yəhudi icmasının təşəbbüsü nədən irəli gəlirdi? Şübhəsiz ki, islam dünyasının aktiv üzvü olan Azərbaycanın həm müsəlman aləmi, həm də İsraillə yüksəksəviyyəli münasibətlərindən. Qərbdə Bakının bu prosesə ciddi töhfə verə biləcəyinə dair böyük inam var ki, bu amil də Azərbaycanın dünya çaplı xarici siyasətə və beynəlxalq nüfuza malik dövlət olduğunu bir daha sübut edir. ABŞ prezidentinin azərbaycanlı həmkarına Novruz bayramı münasibətilə ünvanladığı məktubda da bu amilə toxunması qənaətimizi təsdiqləyən digər sanballı amildir.

Bu kontekstdə Türkiyə ilə İsrail arasındakı gərgin münasibətlərin çözülməsində Azərbaycanın göstərdiyi səylər əlavə aktuallıq qazanır. Görünür elə bu səbəbdəndir ki, "Yeni dünya nizamına doğru" forumunda dövlət başçısına ünvanlanan suallardan biri də bu mövzuda idi. Prezident İlham Əliyevin cavabı Bakının Ankara və Tel-Əviv arasında vasitəçilik missiyası ilə çıxış etdiyini təsdiqlədi: "Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq".

Dövlətlər arasında vasitəçilik kimi ağır missiyanı yalnız dünya siyasətinə təsir edə biləcək siyasi, hərbi və iqtisadi resursları olan aktorlar üzərlərinə götürürlər. Bu vasitəçiliyin uğur komponenti də məhz onu həyata keçirənin dünyada hansı çapda söz sahibi olması ilə ölçülür. Azərbaycanın Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətlərlə bol bir bölgənin ağrılı problemlərinin həllində vasitəçi kimi qəbul edilməsi dövlətimizin daha bir nüfuz göstəricisidir. Prezidentin bu bəyanatının ertəsi günü Azərbaycanda Türkiyə-İsrail danışıqlarının keçirilməsinə dair xəbərlər yayıldı. Bir qədər sonra İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi Bakıya vasitəçiliyinə görə təşəkkür etməsi isə sadəcə təşəkkür deyildi, həm də missiyanın uğurundan xəbər verən ilk əlamət idi…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri