Icma.az
close
up
RU
Yaxın zamanda müharibə ehtimalı yoxdur Politoloq

Yaxın zamanda müharibə ehtimalı yoxdur Politoloq

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mövcud şəraitdə Ermənistanın Azərbaycana qarşı hər hansı ciddi təxribata getməsi, yenidən müharibəni alovlandırması mümkünsüzdür".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistanın yenidən Azərbaycanla sərhəddə təxribatlara əl atmasını şərh edərkən deyib:

"Ermənistanın indiki hakimiyyəti orduya tam nəzarət edə bilmir. Bu səbəbdən də Ermənistan tərəfdən arada müəyyən təxribatlar törədilir", deyə Abutalıb Səmədov əlavə edib.

Ekspertin fikrincə, Paşinyan hökumətinin son addımları göstərir ki, onların gördüyü işlər daha çox daxili auditoriyaya istiqamətlənib: 

"Təlimlər keçirmək, Hindistandan 5-ci,6-cı dərəcəli silahlar almaq Ermənistan əhalisini sakitləşdirməyə yönəlmiş addımlardır. Paşinyan Azərbaycana qarşı müharibənin hansı nəticələrə gətirib çıxaracağını yaxşı başa düşür. Sülh sazişilə bağlı məsələ də demək olar həll olunub, bütün maddələr razılaşdırılıb. ABŞ prezidenti Donald Tramp tarixə sülhpərvər prezident kimi düşmək arzusundadır. Ona görə də o, müharibə ocaqlarında sülhün yaranması üçün əlindən gələni edir. Belə bir şəraitdə Ermənistanın Azərbaycana qarşı hər hansı ciddi təxribata getməsi mümkünsüzdür. Yaxın zamanlarda müharibə ehtimalı yoxdur".


Politoloq qeyd edir ki, Ermənistan Azərbaycanın gücünü yaxşı bilir. Bu səbəbdən də o, müharibə ehtimalını istisna edir:

"Ermənilər xırda təxribatlardan o tərəfə keçməyəcəklər. Güman edirəm ki, yaxın zamanlarda sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atılacaq".

Qeyd edək ki, Ermənistan bir tərəfdən, sülh mətni üzrə danışıqların başa çatdığını bəyan edir, digər tərəfdən isə Azərbaycana qarşı təxribatçı hərəkətlərdən də əl çəkmir. Dünən və bu gün Ermənistan tərəfi 4 dəfə təxribata əl atıb. ğ

"İctimai TV" bu günlərdə Naxçıvanın Ermənistanla şərti sərhədində çəkiliş aparıb. Kanal erməni postlarını lentə alarkən onların mühəndis-istehkam işləri həyata keçirdiyinin şahidi olub. Bu faktlar onu göstərir ki, Bakı ilə sülh danışıqlarını yekunlaşdıran Ermənistanda əslində yeni müharibəyə hazırlıqlar gedir. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri