Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur... MÜZAKİRƏ

Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur... MÜZAKİRƏ

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Orxan Həsəninin “Abyssalis” hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Şərif Ağayar
İstedadla hörülmüş, ustalıqla toxunmuş, həssaslıqla naxış vurulmuş dəyərli bir mətndir.
Məni təsirləndirdi, lakin heyrətləndirmədi, çünki Orxanın gücünə bələdəm.
O belə gözəl mətnlər çox yazacaq.
Təbrik edib uğurlar arzulayıram.


Rasim Qaraca
Hekayənin müsbət tərəfləri:
1.Yazıçı cümlə qurmağı bacarır, təsvir qabiliyyəti yaxşıdır. Yaxşı əsərlər yazmaq potensialı var.
2. Hekayə sanki yay gününün istisi, pivənin sərinliyi və dənizin dalğaları arasında nəfəs alır.
Mənfi cəhətlər:
1. Hekayədə hadisə çox azdır. Mətnin uzunluğu ilə nisbətdə demək olar ki, hadisə yoxdur, gedişat əsasən atasının xatirələr danışması və oğulun daxili reaksiyası üzərində qurulub.

Bu, atmosferi gücləndirsə də, oxucuya bəzən durğunluq və süjet boşluğu təsiri bağışlayır.
2. Hadisəni danışan şəxs (əsas qəhrəman, müəllif) özünü ideallaşdırır, nədənsə hər şeydə haqlı kimi görünür, ata obrazına birmənalı olaraq nifrət təlqin edir, bunun əsasında süni konflikt yaradır.

Hər şey bəribaşdan məlum olduğuna görə, oxucu üçün süjet maraqlı deyil. Psixoloji keçidlər tutarsızdır.
3. Atanın qəfil peyda olması, görüşün səbəbi, görüşdən sonrakı nəticə kimi süjet xətləri açıq qalmışdır. Bu, “qəsdən açıq final” ola bilər, amma oxucuda “natamamlıq” hissi də yaradır.
4. Oğulun ataya olan nifrəti, yadlaşma və anlaşılmazlıq təsvir olunur, amma bəzən bu duyğular təkrar ifadələrlə verilir. Yəni, psixoloji yük var, amma yeni qatlar əlavə olunmur.
5. Atanın obrazı nostalji və boş söhbətlərlə qurulub. O, bir qədər tipaj səviyyəsində qalır, tam qanlı-canlı obraz kimi dərinləşdirilmir.
6. Gündəlik müşahidələr maraqlıdır, amma bəzən mətnin ritmini süni şəkildə uzadır (məsələn, pivənin soyudulması, paltar dəyişmə otağına qədər yol təsvirləri). Bu detallar atmosfer yaradır, amma oxucu üçün artıq yük kimi görünür.
7. Oğulun “amma sən mənim atam deyilsən” cümləsi kulminasiya nöqtəsidir, amma bundan sonra yazıçı emosional yüksəlişi qoruyub sonadək apara bilmir, sanki sönür.
8. Ümumən, hekayə çox uzundur, yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur, buna səbəb hadisəsizlikdir. Bir Çin lətifəsində olduğu kimi, yazıçı əjdaha öldürməyi öyrənib, ancaq ortada əjdaha yoxdur.

İlham Əziz
Fikrimcə, "Abyssalis” son zamanların ən yaxşı hekayələrindəndir. Belə mətnə yüngül sığal çəkib dünyanın harasına göndərsən, üzün ağ, alnın açıq olacaq.

İçindəki hər şey, bəşəri hisslərin, bəşəri bəlaların sözə hopmuş formasıdır. Son zamanlar əhvalat, hadisə oxuya bilmirəm. Daha doğrusu, əhvalat və hadisənin önə çıxdığı mətnlər məni yorur.

Elə yaşdayam ki, bunlardan doymuşam. Orxan hekayəsində əhvalat və hadisəni maksimum gizlədir, üstünə başqa şeylər yığır. Belə olanda əhvalat və hadisə dəfinə kimi qiymətli görünür, əsəri zənginləşdirir.
Orxan nə yazdığını və necə yazdığını bilir, mətninə tam hakimdir.
Ona ancaq uğur diləyirəm.

Mübariz Örən

Orxan Həsəninin bu hekayəsi çox güclüdü! Hər şey var bu hekayədə və hamısı düzdü!

Xəyyam Rəfili
Orxan Pamukun bir cümləsini eyni formada dörd əsərində oxuduğumu xatırlayıram. Həmişə düşünürdüm ki, sənətkar eyni fikri yada salmaqda niyə bu qədər israr edir? Bizim Orxanın hekayəsini oxuyanda, anladım.
"Abyssalis" hekayəsi Orxanın bundan əvvəl oxuduğum əsərlərinin yanında çox ibtidai qaldı.
Bu cür mövzunu həqiqi ədəbiyyata çevirmək üçün ya onu yaşamalısan, ya da elə yazmalısan ki, yaşanmış hissiyatı versin.

Ümid edirəm ki, hadisə uydurmadır. Ki, hekayənin içində də buna işarə olunub. Təəssüf ki, hekayəni oxuyanda eyni qənaətə gəlirsən. Niyə təəssüf deyirəm, çünki, alınmayıb.
Ustad Orxanın da israrla təkrarladığı cümlə tam olaraq bundan bəhs edir: "Roman sənəti, öz yaşadıqlarımızı başqalarının hekayəsi kimi, başqalarının hekayəsini də öz yaşadıqlarımız kimi yaza bilmə hünəridir".
Bizim Orxan da artıq usta yazıçıdır, amma bu hekayəsində istədiyinə nail ola bilməyib. Ya da mən istədiyimi ala bilmədim. Bu isə kimin haradan və necə baxmağına bağlıdır.

P.S. Axırıncı iki cümləni obyektiv görünmək xatirinə yazdım, əslində fikrim dəyişməzdir.


Əli Zərbəli
Minimalist proza Amerikada, təxminən, 80-ci illərdə xeyli diqqət cəlb etməyə başladı. Aydındır ki, həmin vaxta qədər də minimal üslubda romanlar və hekayələr yazılmışdı. Belə mətnlərin əsas kriteriyaları sadə, yığcam cümlələr, hisslərin və situasiyaların şərhinin minimuma endirilməsidir. Sadə və yığcam dil deyiləndə ilk ağla gələn, mötəbər imzalardan biri Heminqueydir.
Ancaq Heminqueylə, 80-lərdə yüksək qiymətləndirilən Raymond Karverin sadə mətnləri arasında texnika baxımdan oxşarlıqlar olsa da, sırf tematika fərqləri bu mətnləri bir-birindən ayırır.
Heminquey müharibə, səyahət, maskulinizm, döyüşlər, ov kimi mövzulardan yazırdı. Bu mövzuların hamısında sanki nəsə mifik, qəhrəmanvari bir çalar hiss olunurdu. Burdakı minimalizm böyük mövzuları sadələşdirmək, onları yığcamlaşdırmaq üçün bir vasitə idi.
70 və 80-ci illərdə başda Karver olmaqla digər amerikalı minimalistlər isə minimal nəsri adi, məişət həyatı ilə calaq etdilər: alkoqolizm, dağılmış evliliklər, maddi sıxıntılar, ailədaxili yadlıq və s. Onların mövzuları daha kiçik çaplı və daha çox şəhərətrafı idi.
Bu mətnlərdəki minimal proza gündəlik, adi hadisələrin altındakı dramatizmi axtarırdı. Halbuki bir qayda olaraq, emosiyalar və situasiyalar heç vaxt tamamilə dramatik həddə çatmırdı. Həmin ərəfələrdə Bill Buford “Granta” jurnalında yayımlanan essəsində “Dirty Realism” (Kirli Realizm) terminini ilk dəfə işlətdi və adi insanların kiçik çaplı gündəlik iztirablarını minimal dillə təsvir edən mətnlər “Kirli Realizm” adlı minimalist sub-janr kimi populyarlaşdı.
Orxan Həsəninin “Abyssalis” hekayəsini forma və texnika baxımından haqqında qısa danışdığım “Kirli realizm” sub-janrına asanlıqla daxil etmək olar.
Hekayə müəllifin bundan əvvəl yayımlanan “Anka” hekayəsi ilə də yaxın qohumdur. Orada da Orxanın elə hekayəsində açıq göndərmə etdiyi Karver estetikasında bir üslub var idi.
Orxanın bu hekayələrində qəhrəmanın daxili böhranları, tənhalığı, məyusluğu, istədiyi kimi alınmayan münasibətləri soyuq və bər-bəzəksiz şəkildə nəql olunur.
Buna baxmayaraq, hekayənin içinə hopdurulmuş lirizm mənə bir qədər yad təsir bağışladı.
Mənə elə gəldi ki, hadisələr spontan şəkildə axmır, kənardan bir səs onları təsirli etmək üçün qabağa üfürür.
Zənnimcə, qalan şeylər yerindədir.
Orxan bundan sonra istəsə də zəif mətn yaza bilməz. Ondan hər dəfə nəsə oxuyanda avtomatik olaraq bir mətn əvvəl çatdığı səviyyəni aşdığı bir mətnlə qarşılaşacağam gözləntisi ilə oxuyuram.
Bu gözləntini nəzərə alanda “Abyssalis” hekayəsi arzuladığım yaxud gözlədiyim təəssüratı mənə tam bağışlamadı.
Ancaq adım kimi əminəm, Orxan növbəti mətnlərində ən son mətni ilə (məsələn, “Anka” hekayəsi ilə) çatdığı autentiklik və keyfiyyət nərdivanında bir (bir neçə) pillə də irəliləyəcək.

İlqarə efirə çıxmamasının səbəbini açıqladı "Bu çətin zamanda gənc olmadığım üçün Tanrıya şükür edirəm... " - Höte niyə yalqız yaşamaq istəyirdi? Azərbaycan Moldovanın etnomədəni festivalında
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri