Icma.az
close
up
RU
“Yaxşı təklif olsa, Yankoviç razılaşacaq” “Qarabağ” lideri itirmək təhlükəsi ilə üz üzədi

“Yaxşı təklif olsa, Yankoviç razılaşacaq” “Qarabağ” lideri itirmək təhlükəsi ilə üz üzədi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Qarabağ”da qış “transfer pəncərəsi” çərçivəsində ciddi ayrılıq yaşana bilər. Söhbət aparıcı oyunçulardan Marko Yankoviçin klubunu dəyişmək ehtimalının yüksək olmasından gedir. Onun xidmətində maraqlı olanlar çoxdu. Bunlardan ən iddialısı isə hələ adı açıqlanmayan Yaponiya klubudu. Bu kollektivin monteneqroluya illik 800 min avro məbləğində maaş ödəmək istədiyi bildirilir. O başqa məsələ ki, “Qarabağ” Yankoviçə görə rəsmi təklif almadığını açıqlayıb.

Bununla belə, Yankoviçin Ağdam təmsilçisinin heyətində sabit şans qazanmadığı göz önündədi. Futbolçu son 5 premyer-liqa matçından ikisiini əvvəldən sonadək ehtiyat oyunçular skamyasından izləyibsə, qalan 3 matçda 169 dəqiqə meydanda olub.
Əlbəttə, “transfer pəncərəsi” ərəfəsində belə təcrübəli futbolçuların hansısa təkliflər alması təbiidi. Hər halda, “köhlən atlar” xüsusən cari mövsümdə avrokuboklarda, daha dəqiqi, Çempionlar Liqasının əsas mərhələsində qazandığı nəticələrlə dünyaya səs salıb. Odu ki, məsələyə fərqli tərəfdən yanaşaq: Yankoviçin “Qarabağ”ı tərk etməsini düzgün addım saymaq olarmı? 30 yaşlı futbolçunun karyerasının zirvəsini yaşadığı anda komanda dəyişməsi özü üçün nə dərəcədə faydalı olacaq?
Bu sualları təcrübəli menecer Tural Əsgərliyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Əvvəla onu deyim ki, Yankoviçin əsas heyətdəki yerini itirdiyini düşünmürəm. Ümumiyyətlə, bu yöndə işartı yoxdu. “Qarabağ”ın heyətində müntəzəm rotasiyalar olduğundan bu cür düşünmək üçün tezdi. Futbolçuya gələn təkliflərlə bağlı məsələlər isə söz-söhbətdi. Bəli, təklif olsa, klub qəbul etsə, getmək ehtimalı var. Amma Azərbaycanın hegemon komandasını tərk edəndən sonra nələr olacağını yalnız Allah bilə bilər. Yaxşı təklif olsa, Yankoviç razılaşacaq. 30 yaşı var. Qazancı daha çox olacaqsa, “Qarabağ” onu satmağa qərar verəcəksə, deməli, düzgün addım atılacaq”.

Xatırladaq ki, Yankoviçin “köhlən atlar”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:28
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Dekabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri