Icma.az
close
up
RU
Yay aylarında avtomobil qəzaları bu səbəblə olur

Yay aylarında avtomobil qəzaları bu səbəblə olur

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Yay mövsümü yolları daha da canlandırır. İstirahət səfərləri, turizm axını və hava şəraitinin təsiri ilə nəqliyyat hərəkətində həm sıxlıq artır, həm də yol hərəkəti qaydalarının pozulması halları çoxalır.  

Sfera.az xəbər verir ki, yay aylarında dünyada ən çox qeydə alınan qayda pozuntuları sırasında sürət həddinin aşılması birinci yerdədir. Sürücülər xüsusilə şəhərlərarası magistral yollarda daha sürətli hərəkət edir və bu, qəzaların əsas səbəblərindən biri sayılır.

Bundan əlavə, avtomobili sərxoş halda idarəetmə, təhlükəsizlik kəmərindən istifadə etməmək, motosiklet və skuterlərdə dəbilqəsiz hərəkət, uşaqlar üçün xüsusi oturacaqların olmaması, qəzadan sonra lazımi işarələrin qoyulmaması kimi hallar da yayda yol polisinin sıx qarşılaşdığı pozuntular arasındadır.

ABŞ-də yay aylarında, xüsusilə iyul və avqustda gənc sürücülər arasında qəza halları pik həddə çatır. NHTSA-nın məlumatına görə, bu dövrdə sürət həddinin aşılması və diqqətsiz sürücülük (telefonla danışmaq, mesaj yazmaq və s.) əsas səbəblər arasındadır.

Almaniyada yayda texniki baxışdan keçməyən avtomobillərlə yola çıxmaq, avtomobildə zəruri təhlükəsizlik vasitələrinin (ilk yardım çantası, xəbərdarlıq üçbucağı) olmaması problemə çevrilir.

Türkiyədə isə xüsusilə Aralıq və Egey bölgələrinə istirahətə gedən vətəndaşların sıxlığı səbəbilə yol qəzaları artır. Yol polisi bu bölgələrdə sıx nəzarət tədbirləri həyata keçirir.

Fransa və Rusiya da yay aylarında yol hərəkəti qaydalarının pozulması səbəbilə maarifləndirmə kampaniyalarını gücləndirən ölkələr sırasındadır. Fransa içkili sürücülərə qarşı ciddi yoxlamalar həyata keçirir. Rusiyada isə yay qəzalarının sayı 30-40 faizədək artır.

Yol hərəkəti üzrə ekspertlərin fikrincə, isti hava şəraiti sürücülərin daha tez əsəbiləşməsinə, diqqətinin yayınmasına səbəb olur ki, bu da qəza riskini artırır.

Yay fəsli nə qədər istirahət və səyahət dövrü kimi görünsə də, həm də sürücülər üçün daha diqqətli və məsuliyyətli olmağı tələb edir. Yol polisi sürücüləri yola çıxmazdan öncə avtomobillərinin texniki vəziyyətini yoxlamağa, sürət həddinə əməl etməyə və sərxoş halda sükan arxasına keçməməyə çağırır.

Firuzə Əliyeva
Sfera.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri