Icma.az
close
up
RU
Yay tətili uzadıla bilər

Yay tətili uzadıla bilər

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərlərdə məktəblərdə yay tətilinin müddətinin bir neçə həftə artırılması planlaşdırılır

Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərlərdə məktəblərdə yay tətilinin müddətinin bir neçə həftə artırılması planlaşdırılır. Bu qərarın əsas məqsədi şagirdlərin sağlamlığını qorumaq və onların daha rahat bir tədris mühiti əldə etməsini təmin etməkdir. Türkiyədə xüsusilə cənub bölgələrində, Rusiyada isə isti iqlimə malik şəhərlərdə bu dəyişikliklərin tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycanın iqlimi nəzərə alındıqda yay aylarının olduqca isti keçdiyini görmək mümkündür. Xüsusilə iyul və avqust aylarında temperaturun 40°C-yə qədər qalxması, xüsusilə də şagirdlər üçün əlverişsiz şərait yaradır. Bəs bizdə yay tətilinin müddəti artırıla bilərmi?

Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanın iqlim şəraiti və son illərdə müşahidə olunan iqlim dəyişiklikləri, xüsusilə yay aylarında müşahidə edilən yüksək temperatur göstəriciləri təhsil prosesinə bilavasitə təsir edən ciddi amillərdəndir: "Bu baxımdan, Türkiyə və Rusiya kimi ölkələrin bəzi bölgələrində yay tətilinin müddətinin artırılması təşəbbüsləri diqqətəlayiq və gələcək üçün vacib müzakirə mövzusudur.

Azərbaycanda xüsusilə iyul və avqust aylarında temperatur 40°C-yə qədər yüksəlir, bəzi rayonlarda bu göstərici daha da yüksək olur. Bu vəziyyət məktəblərdə kondisioner sisteminin olmaması, ya da çox məhdud istifadəsi ilə birlikdə şagirdlər və müəllimlər üçün sağlamlıq və diqqət baxımından əlverişsiz şərait yaradır. İsti hava uşaqların fiziki və zehni yorğunluğunu artırır, tədris materiallarının mənimsənilməsini çətinləşdirir, hətta bəzi hallarda huşsuzluq, susuzluq, baş ağrısı və digər sağlamlıq risklərinə səbəb ola bilir.

Hazırda Azərbaycanda ümumtəhsil məktəblərində tədris ili 15 sentyabr - 14 iyun tarixlərini əhatə edir. Tədris ili əslində rəsmi olaraq iyun ayının ortasında bitsə də, bəzi siniflərdə (xüsusilə 9 və 11-ci siniflərdə) imtahanlar iyunun sonlarına və hətta iyul ayına qədər davam edə bilir. Bu isə artıq şagirdləri ən isti aylarda məktəbdə və ya imtahan mərkəzlərində iştiraka məcbur edir".

Ekspertin sözlərinə görə, Rusiya və Türkiyə kimi ölkələrdə isti bölgələr üçün yay tətilinin uzadılması şagirdlərin sağlamlığını qorumaqla yanaşı, tədris prosesində keyfiyyətin artmasına da yönəlib: “Məsələn, Türkiyənin Antaliya, Adana və Şanlıurfa kimi cənub bölgələrində yeni planlaşdırılan modelə əsasən, yay tətili bir neçə həftə uzadılır, əvəzində tədris ili digər fəsillərdə daha balanslı şəkildə təşkil olunur. Rusiya isə bəzi şəhərlərdə iyunun əvvəllərində tədrisə son verməyi və sentyabrın ortalarında yenidən başlamağı müzakirə edir.

Azərbaycanda bu təcrübədən istifadə oluna bilərmi? Əlbəttə, mümkündür. Xüsusilə ölkənin Aran, Cənub, Naxçıvan və Gəncə-Qazax bölgələri kimi isti iqlimə malik ərazilərində pilot layihə şəklində tətbiq edilə bilər. Lakin burada əsas şərt tədris saatlarının illik normaya uyğun şəkildə balanslaşdırılmasıdır. Yəni yay tətili uzadılarsa, payız və ya qış aylarında tədris müddəti artırılmalı və ya dərs saatları yenidən planlaşdırılmalıdır".

Kamran Əsədov:Bu keçid dövrünü planlı şəkildə həyata keçirsək, həm ali  təhsilin keyfiyyəti yüksələcək, həm də şəhərin nəqliyyat problemi həll  olunacaq...

K.Əsədov bildirir ki, bu məsələdə digər mühüm amil isə məktəblərin infrastrukturudur: “Əgər məktəblərdə yay aylarında tədrisə davam ediləcəksə, bu zaman ventilyasiya və soyutma sistemləri mütləq şəkildə yenilənməlidir. Hazırda bu imkanlar bir çox məktəbdə ya yoxdur, ya da çox məhdud şəkildə mövcuddur. Ona görə də iqlimə uyğun tədris təqvimi planlaşdırılması infrastrukturla paralel aparılmalıdır.

Azərbaycan da təhsil təqvimini iqlim dəyişikliklərinə uyğunlaşdırmaq barədə ciddi şəkildə düşünməlidir. İqlim yalnız kənd təsərrüfatına və energetikaya deyil, təhsilə də təsir edən strateji amildir. Əgər biz şagirdin sağlamlığını, rahatlığını və təhsildə effektivliyini düşünürüksə, yay aylarının tədris təqvimindəki rolu yenidən nəzərdən keçirilməlidir. Təhsil sisteminin gələcəyi həm də iqlimə uyğunlaşmaq bacarığı ilə ölçülür".

“Yeni Müsavat”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see132

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see118

Yaprak Dökümü nün çəkildiyi malikanə ofis oldu

05 İyul 2025 14:03see117

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see117

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see115

Rusiya MN: PUA istehsalı sexləri Geran 2 ilə vurulub

05 İyul 2025 13:30see115

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see115

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edildi KONKRET

05 İyul 2025 13:39see115

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see114

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see114

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see114

Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb SİYAHI

05 İyul 2025 11:10see113

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see113

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see113

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see112

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see111

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see111

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri