Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

“Yayda avtobusların iş rejimi vətəndaşın rahatlığı üçün gecə saatlarına qədər uzana bilər” DEPUTATDAN AÇIQLAMA FOTO

“Yayda avtobusların iş rejimi vətəndaşın rahatlığı üçün gecə saatlarına qədər uzana bilər” DEPUTATDAN AÇIQLAMA FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsti aylarda avtobuslar saat 12-yə qədər işləyir. Amma çimərlik mövsümü başladığı üçün Bulvardan və çimərlik zonasından gec saatlarda qayıdanlar olur. Çimərlikdən və yaxud Bulvarda fəaliyyət göstərən iaşə obyektlərində isə son müştəri obyekti tərk edənə qədər bütün işçilər xidmətə davam edir. Bu da günü 20-25 manata işləyən ofisiantın 10-15 manat taksi pulu xərcləməsinə gətirib çıxarır. Bəs bu halda etmək lazımdır ki, vətəndaşlar belə əlavə xərclərdən xilas edilsin? Avtobusların, yaxud metronun iş rejimində dəyişiklik edilməsi mümkündürmü?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, müxtəlif vaxtlarda nəqliyyatın iş qrafikində müəyyən dəyişikliklər edilir:


“Bu hal təcrübədə də var. Eyni zamanda hansısa tədbir keçirilirsə, həmin tədbir dönəmində də istər avtobusların, istər metro nəqliyyatının iş qrafikində dəyişikliklər edilir. Bununla bağlı xüsusi qərarlar da verilir. Yay mövsümü də bu baxımdan istisna olmamalıdır və hansı marşrut üzrə qrafikdə dəyişikliklərə ehtiyac varsa, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərliyi mütləq mənada nəzərə almalıdır. Qaldırılan məsələni də olduqca vacib hesab edirəm. Çünki əhaliyə xidmət sferasında işləyən şəxslər – iaşə müəssisəsi olsun və digər məsələlər olsun – insanlara xidmət sektorunda işləyən adamlar təbii ki, ən sonda həmin məkanı tərk edən şəxslər olurlar və onların sosial vəziyyəti də digərlərindən nisbətən aşağı ola bilər.

Özlərinin şəxsi avtomobilləri də çox hallarda olmur və təbii ki, gecə saatlarında işdən çıxırlarsa, ilk növbədə müəssisə bunu qarşılamalıdır. Onların mənzil başına çatmasını reallaşdırmalıdır və dəstək olmalıdır. Amma müəssisə bunu qarşılamaq imkanında deyilsə, ümumilikdə, bu hallar nəzərə alınmaqla daha çox ictimaiyyətin istifadə etdiyi məkanlar – çimərlik əraziləri, ictimai iaşə müəssisələrinin çox olduğu və gecə saatlarına qədər iş saatı olan ərazilərdən həm orada istirahət edənləri, eləcə də insanlara xidmət sferasında işləyənləri mənzil başına çatdırmaq üçün nəqliyyat qrafikində hesab edirəm ki, mütləq mənada dəyişikliyə getməlidirlər”.

Arzuxan Əlizadə əlavə edib ki, ilk növbədə vətəndaş məmnunluğu olmalıdır və nəqliyyat sektorunda şəhər nəqliyyatı, istər avtobus, marşrut xətləri, eləcə də metro xidməti – insanların mənzil başına rahat çatması üçün hesablandığı nəzərə alınmalıdır:

“Buna görə fəaliyyət göstərirlər. Fəaliyyət də elə göstərilməlidir ki, vətəndaş, sərnişin bu xidmətdən məmnun qalsın. Ona görə də iş qrafikində, hesab edirəm ki, mövsümi olaraq dəyişikliklərə mütləq mənada gedilməlidir ki, belə problemlər yaşanmasın”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, marşrutların iş saatı müəyyən edilmiş hərəkət cədvəlinə uyğun tənzimlənir:


“Marşrutların iş saatının gecə saatlarına kimi artırılması avtobusların müəyyən edilmiş növbəti günə çıxış üçün hazırlığı baxımından, həmçinin sürücünün iş saatının normadan artıq olacağı baxımından məqsədəuyğun hesab edilmir”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see134

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri