Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Yayda çiməndə etdiyiniz bu səhv sizi təhlükəyə ata bilər XƏBƏRDARLIQ

Yayda çiməndə etdiyiniz bu səhv sizi təhlükəyə ata bilər XƏBƏRDARLIQ

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Yay aylarında havanın temperaturu yüksəldikcə insanların əksəriyyəti sərinlənmək üçün soyuq duş qəbul etməyə üstünlük verir. İlk baxışdan zərərsiz görünən bu vərdiş bəzi hallarda sağlamlıq üçün gözlənilməz təhlükələr yarada bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bədənin həddindən artıq qızmış vəziyyətdə olarkən qəfil buz kimi su ilə təması ürək-damar sisteminə ciddi yük salır. Xüsusilə xroniki ürək-damar xəstəlikləri olan şəxslər bu məsələdə daha ehtiyatlı davranmalıdırlar.

“Yeni Sabah” xəbər verir ki, kardioloqların sözlərinə görə, isti mühitdən dərhal sonra çox soyuq su altında duş qəbul etmək orqanizmdə “temperatur şoku” yarada bilər. Bu zaman dəri damarları ani şəkildə daralır, arterial təzyiq qısa müddətdə dəyişə bilir və ürəyin işi sürətlənir. Sağlam insanlarda belə bu vəziyyət başgicəllənmə və halsızlıq yarada bilər.

Rusiyalı kardioloq, tibb elmləri namizədi Anna Koreneviç bildirib ki, insan bədəni kəskin temperatur dəyişikliklərini həmişə rahat qəbul etmir. Onun sözlərinə görə, günəş altında uzun müddət qaldıqdan sonra dərhal buz kimi suyun altına keçmək ürək-damar sisteminə əlavə gərginlik yaradır. Sezar pizza

“İstidən sonra damarlar genişlənmiş vəziyyətdə olur. Çox soyuq su ilə təmas isə onların ani daralmasına səbəb olur. Nəticədə ürək daha çox işləməli olur. Hipertoniya, ürəyin işemik xəstəliyi və ritm pozğunluğu olan insanlarda bu vəziyyət xoşagəlməz nəticələrə səbəb ola bilər”, – deyə həkim izah edib.

Həkim qeyd edib ki, bəzi insanlarda qəfil temperatur dəyişikliyi reflektor damar spazmı yarada, arterial təzyiqin yüksəlməsinə və ya enməsinə səbəb ola bilər. Nəticədə başgicəllənmə, göz qaralması, ürəkdöyünmə, sinədə narahatlıq hissi və hətta huşun itirilməsi müşahidə oluna bilər.

Risk qrupuna daxil olanlar bunlardır:

Hipertoniya xəstələri;

İnfarkt və insult keçirmiş şəxslər;

Ürək çatışmazlığı olanlar;

Aritmiyadan əziyyət çəkənlər;

Yaşlı insanlar;

Şəkərli diabet xəstələri.

Kardioloql bildirir  ki, sərinlənməyin ən təhlükəsiz yolu suyun temperaturunu tədricən azaltmaqdır. Əgər insan uzun müddət günəş altında qalıbsa, əvvəlcə kölgədə 10-15 dəqiqə dincəlməsi, bədən temperaturunun nisbətən normallaşmasını gözləməsi tövsiyə edilir. Bundan sonra ilıq su ilə duş qəbul edib, suyun temperaturunu mərhələli şəkildə aşağı salmaq daha məqsədəuyğundur.

Həkim duşun temperaturunun həddindən artıq aşağı olmamasını da vacib hesab edir. Çox soyuq su orqanizmi daha tez sərinlətsə də, ürək və damarlar üçün əlavə stress yarada bilər. Bu səbəbdən yay aylarında orta temperaturda su ilə duş qəbul etmək həm təhlükəsiz, həm də daha faydalı sayılır.

Mütəxəssis onu da vurğulayıb ki, isti havada təkcə duş deyil, kondisionerli otaqdan birbaşa 40 dərəcə isti havaya çıxmaq və ya əksinə, günəşdən gəlib buz kimi otağa daxil olmaq da orqanizm üçün eyni dərəcədə kəskin temperatur fərqi yaradır. Buna görə temperatur dəyişikliklərinin mümkün qədər mərhələli olması tövsiyə edilir.

Onun fikrincə, yay aylarında sağlam qalmağın əsas şərtlərindən biri orqanizmi qəfil temperatur dəyişikliklərinə məruz qoymamaq, kifayət qədər su qəbul etmək və günün ən isti saatlarında fiziki yüklənmədən çəkinməkdir. Sadə görünən bu qaydalara əməl etmək ürək-damar sistemi üçün yarana biləcək riskləri əhəmiyyətli dərəcədə azalda bilər.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2026 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri