Yayda dünyanın ən gözəl 10 şəhəri
Icma.az bildirir, Olke.az portalına istinadən.
Araşdırma “Premier Inn” hotel şəbəkəsi tərəfindən 60-dan çox şəhərin yay görüntüləri üzərində aparılıb. Şəhərlərin fotolarına baxan insanların göz hərəkətləri xüsusi texnologiya vasitəsilə izlənilib və hansı görüntülərin daha tez diqqət çəkdiyi, baxışların hansı fotolarda daha uzun qaldığı müəyyənləşdirilib.
Nəticələrə görə, Kanadanın Banff şəhəri 96 bal toplayaraq dünyanın ən gözəl yay şəhəri seçilib. İştirakçılar dağlarla əhatələnmiş, taxta evləri ilə seçilən şəhərin görüntüsünə orta hesabla 3,2 saniyə baxıblar.
İkinci yerdə Yunanıstanın Mikonos adası 87,3 balla qərarlaşıb. Ağ rəngli evləri və mavi dənizi ilə tanınan Mikonos iştirakçıların diqqətini ən sürətli cəlb edən məkan olub.
Üçüncü yeri Avstraliyanın Sidney şəhəri 85,6 balla tutub. Belçikanın Brügge şəhəri 84,1 balla dördüncü, Böyük Britaniyanın Bristol şəhəri isə 83,7 balla beşinci olub.
Ümumilikdə, ilk 30-luqda 19 Avropa şəhəri yer alıb. Böyük Britaniyanın beş, Almaniyanın isə dörd şəhəri siyahıya düşüb.
Dünyanın ən gözəl 10 yay şəhəri:
Banff, Kanada – 96,0 bal
Mikonos, Yunanıstan – 87,3 bal
Sidney, Avstraliya – 85,6 bal
Brügge, Belçika – 84,1 bal
Bristol, Böyük Britaniya – 83,7 bal
Palma de Mallorca, İspaniya
Kyoto, Yaponiya
Kotor, Monteneqro
Oklend, Yeni Zelandiya
Los-Anceles, ABŞ (sfera)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 24 Avqust 2026 06:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















