Icma.az
close
up
RU
Yayda estetik əməliyyat etdirmək olar? Qanaxma, ləkə, infeksiya ARAŞDIRMA

Yayda estetik əməliyyat etdirmək olar? Qanaxma, ləkə, infeksiya ARAŞDIRMA

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Estetik əməliyyat edənlərin əksəriyyəti öz görünüşünü bəyənməyən, aynadakı cizgilərini başqa cür görmək istəyənlərdir. Əməliyyatdan sonra yataq şəraiti, evdə qalıb dincəlmək, soyuq və şaxtadan uzaq olmaq üçün isə çoxları yay tətilini gözləyirlər. 

Bəs yayda estetik əməliyyat etdirmək doğrudurmu? Digər fəsillərlə müqayisədə yayda əməliyyat edirməyin hansı fəsadları ola bilər? 

Lent.az bu mövzuda araşdırma aparıb.

Bir sıra əməliyyatlarda, o cümlədən, rinoplastika, üz gərmə, qaş qaldırma, liposaksiya, sinə böyütmə yaxud kiçiltmənin yay aylarında edilməsi bəzi çətinliklərə səbəb ola bilər. 

Yayda temperaturun yüksəkliyi və günəş şüalarının intensivliyi əməliyyatdan sonrakı şişkinlik, eləcə də iltihab riskini artıra, həmçinin günəş şüaları əməliyyat sonrası yaranın üzərində ləkə yaxud qalıcı piqmentasiyaya gətirib çıxarar.

Estetik cərrahların sözlərinə görə, yay aylarında rinoplastika əməliyyatı etdirmək gün eynəyi taxmaq baxımından da çətiliklər törədir. Bu əməliyyatdan sonra ən az 6 ay eynək taxma məhdudiyyəti günəş şüalarından da qaçmağa mane olur.

Digər əməliyyatlarda isə istidən tərləmə halları infeksiyaya zəmin yarada bilər. Bu səbəbdən plastik cərrahlar yay aylarında əməliyyatdan sonra günəşdən qorunmağı, su qəbulunu artırmağı və xüsusi gigiyenik qaydalara əməl etməyi tövsiyə edirlər.

Bədən temperaturunun artması, əməliyyat sonrası bərpa müddətinə də təsir edə bilər.

Bəzi insanlarda dəri regenerasiyası isti havalarda yavaşlayır. Bandajların və sıxıcı geyimlərin istifadəsi narahatlıq verə bilər (xüsusən abdominoplastika, mammoplastika əməliyyatlarında). 

Bu kimi estetik əməliyyatlardan sonra yaralı bölgəyə 1 həftə və 10 gün, hətta daha çox müddətində su vurulmaması (bəzi hallarda duş almaq və üzü yumamaq) yayda narahatlığa, qaçınmaya səbəb olur.  Həmçinin əməliyyatlardan sonra birbaşa günəş şüasi ilə təmasdan uzaq durmaq da tövsiyyə olunur. Lakin yayda bu, o qədər də mümkün deyil. Bununla belə, düzgün qulluq və tibbi göstərişlərə riayət etməklə yay aylarında da tam uğurlu nəticə əldə etmək mümkündür.

Bəs estetik əməliyyatlar üçün ən uyğun ay hansıdır?

Ən optimal vaxt payız və qış ayları, xüsusən okyabr, noyabr, fevral və martın əvvələri hesab olunur. Təsadüfi deyil ki, həmin vaxtlarda estetik cərrahların qəbulunda da yer tapmaq müşkülə çevirilir. 

Bu aylarda həm şişlər daha tez çəkilir, həm də çapıqların görünmə riski minimuma enir. Eyni zamanda, qış geyimləri bədəni daha çox örtür və əməliyyat izlərini gizlətməyə kömək edir.

Qısası, yay aylarında estetik əməliyyat etdirmək mümkündür, lakin əlavə diqqət və qayğı tələb edir. Həkiminizlə məsləhətləşmək, günəşdən qorunmaq və tövsiyələrə əməl etmək bu prosesin uğurla tamamlanmasına kömək edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:342
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 İyun 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri