Icma.az
close
up
RU
Yayda konservləşdirilmiş qidalar alıb yeyərkən nələrə diqqət etməliyik? Qida eksperti açıqladı

Yayda konservləşdirilmiş qidalar alıb yeyərkən nələrə diqqət etməliyik? Qida eksperti açıqladı

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yay aylarında konservləşdirilmiş qidaların istehlakı aktual olmaqla yanaşı, doğru istifadə edilmədikdə sağlamlıq üçün ciddi təhlükə yarada bilər".

Bu fikri Redaktor.az-a qida eksperti Fərid Səfərov yay aylarında konservləşdirilmiş qidaların istifadəsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, isti hava bakteriyaların və toksinlərin inkişafını sürətləndirir:

"Qapağı azacıq belə zədələnmiş və ya yararsız şəraitdə saxlanmış konserv qidada mikroorqanizmlərin çoxalması mümkündür. Zəif saxlanma şərtləri  məhsulun strukturunu və təhlükəsizliyini poza bilər. Konservləşdirilmiş qidalar, xüsusilə ev şəraitində hazırlanmış məhsullar "Clostridium botulinum" bakteriyası ilə yoluxa bilər. Bu bakteriyanın yaratdığı toksin son dərəcə ölümcül ola bilər və yayda bu risk daha da artır.

Müsahibimiz yayda konservləşdirilmiş qidalar alıb yeyərkən nələrə diqqət etməli olduğumuz haqqında danışdı:

"Qapağın şişkin olub-olmamasına diqqət edin. Mikrobioloji pozulma ehtimalı var. Məhsulun saxlanma temperaturu 20°C-dən yüksək olmamalıdır. İstehsal və son istifadə tarixi vacibdir. Tərkib siyahısına baxın".

Onun sözlərinə görə, ev konservləri daha təhlükəlidir:

"Sterilizasiya prosesi natamam olduğu üçün botulizm riski daha yüksəkdir. Yayda bu konservlər günəşli otaqlarda və ya isti anbarlarda saxlanırsa, zəhərlənmə halları daha tez baş verə bilər. İstifadədən əvvəl qoxuya, dadına, rənginə diqqət yetirin. Ən kiçik şübhədə istifadə etməyin. Soyuq zəncir tələbi olan konservləri (məsələn, bəzi balıq konservləri) daim soyuducuda saxlayın. 

Yay aylarında konservləşdirilmiş məhsulları istifadə etmək qətiyyən qadağan deyil, amma yüksək diqqət və gigiyenik nəzarət tələb edir. Hər bir qutunu ehtiyatla qiymətləndirmək lazımdır, qapaq şişibsə, at getsin".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri