Icma.az
close
up
RU
“Yayda qidalanma və pəhriz rejimi diqqətlə seçilməlidir” Mütəxəssisdən AÇIQLAMA

“Yayda qidalanma və pəhriz rejimi diqqətlə seçilməlidir” Mütəxəssisdən AÇIQLAMA

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Yay aylarında qidalanma rejimi bədənin ehtiyaclarına uyğun şəkildə tənzimlənməlidir. Havanın isti və rütubətli olması orqanizmdə müəyyən dəyişikliklərə səbəb ola bilər.

Bu səbəbdən qəbul edilən qidaların tərkibi, miqdarı və maye balansı ilə bağlı məsələlər diqqət mərkəzindədir. Mütəxəssislər mövsümə uyğun qidalanmanın vacibliyini vurğulayırlar.

Gununsesi.info-ya danışan sağlam qidalanma üzrə mütəxəssis Validə Şıxıyeva bildirib ki, isti havalarda qəbul edilən qidalar sağlamlıq baxımından xüsusi diqqət tələb edir:

“Yüksək temperatur və rütubət maddələr mübadiləsini poza bilər ki, bu da bəzi xəstəliklərin yaranmasına səbəb olur. Yay aylarında kartof, şəkər və ağ undan hazırlanan xörəklər kimi bəsit karbohidratlar rasiondan çıxarılmalı, onların yerini göyərti, mövsümi tərəvəzlər və kələm kimi mürəkkəb karbohidratlar tutmalıdır.

Bu mövsümdə sərin içkilərə tələbat artsa da, qazlı, energetik və şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur. Onların əvəzinə qatıq kimi süd məhsullarına üstünlük verilməli, gündə 1 litrə qədər qəbul edilə bilər”. 

Validə Şıxıyevanın sözlərinə görə, yayda pəhriz saxlamağın əleyhinə olmaq düzgün deyil:

“Bəziləri bunu yanlış hesab etsə də, əslində pəhriz sağlam həyat tərzidir və bütün mövsümlər üçün keçərlidir.

Yay aylarında orqanizmdə ifrazat prosesi daha fəal olur — tər vasitəsilə toksinlər bədəndən atılır. Bu səbəbdən də yay həm maye qəbulunu artırmaq, həm də çəki azaltmaq üçün əlverişli dövrdür.

Üstəlik, yayda insanların özünəinamı artır, hormon balansı da arıqlamağa daha çox şərait yaradır. Sağlam arıqlamaq istəyənlər ilk növbədə düzgün və balanslı qidalanmanı əsas prinsip olaraq qəbul etməlidirlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri